Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elnur Abdullayev: "Laçına qayıdacaq sakinlərin iş yerləri ilə bağlı problemi olmayacaq"

Laçına qayıdacaq sakinlərin iş yerləri ilə bağlı problemi olmayacaq və artıq 7 müəssisəyə işə cəlb olunmasına start verilib.

“Report” xəbər verir ki, bunu “Böyük Qayıdış” proqramı üzrə baş koordinator Elnur Abdullayev deyib.

"Onların demək olar ki, ştat cədvəli də tam hazırdır. Həmçinin digər müəssisələrdə də analoji işlər aparılıb. Sakinlərə heç bir qadağa yoxdur və onların müraciəti əsasında onların ixtisasına uyğun yönləndirmə işləri aparılır. Hazırda respublikamızın digər bölgələrində yaşayan sakinlərimizin ixtisasa uyğun olmayaraq digər işlərə cəlb edilməsi halları var və biz onlarla ilkin söhbətlərimizdə, onların ixtisaslarına uyğun işlərlə təmin olunmasını üstün sayırıq”, - E.Abdullayev qeyd edib.


Onun sözlərinə görə, Laçına səfəri çərçivəsində Prezident İlham Əliyev Qorçu və Şəlvə kəndlərinin əsasını qoydu. Eyni zamanda Laçına qayıdacaq sakinlərin sosial durumunun yaxşılaşdırılmasına dair dövlət proqramına əsasən iş yerlərinin açılması ilə bağlı öz tövsiyyə və tapşırıqlarını verdi:

"Hazırda dayandığımız məkan Laçının aqroparkı, yəni sənaye və istehsalat müəssisələri olan ərazisidir. Bu ərazidə Laçın sakinlərinin işlə təmin olunması üçün iri və xırda müəssisələrinin açılması nəzərdə tutulur. Aqroparkda artıq müəyyən işlər həyata keçirilib. Hazırda birinci mərhələ olaraq tikinti işləri bitmək üzrədir. Daha sonra avadanlıqların qurulması işləri aparılacaq.

Ölkə başçısının iş yerlərinin daha da artırılması ilə bağlı tövsiyyə və tapşırıqları var. Düşünürəm ki, deyilən müddət ərzində bu məsələlər öz həllini tapacaq. Artıq bu gün Laçına qayıdacaq 200 nəfərdən çox sakin işlə təmin olunub".

E.Abdullayev əlavə edib ki, Laçın Həkəri çayının kənarında yerləşdiyi üçün burada balıqçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulub: "Nəticədə bu təsərrüfatda bir çox insanlar iş yerləri ilə təmin ediləcəklər".

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar