Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əllərinə beş qəpik pul düşən kimi qudururlar” – Partiya sədri

Xəbər verdiyimiz kimi, bu yaxınlarda müğənni Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edib. Sənətçinin sosial şəbəkələrdə yayılan videosu geniş müzakirə obyektinə çevrilib.

Daxili İşlər Nazirliyi dərhal araşdırma aparaq qanunları heçə sayan müğənnini məsuliyyətə cəlb edib.

Müğənninin həbsi barədə Modern.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev DİN-in qərarını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, M.Ağayevin Qarabağa qanunsuz səfərini düzgün hərəkət kimi qiymətləndirmək olmaz:

“Qanun hamıya şamil edilir, edilməlidir də. Özlərini kiməsə göstərirlər. Onlar nə işlə məşğuldurlar, hamı çox gözəl bilir. Əllərinə beş qəpik pul düşən kimi qudururlar, yollarını azırlar. Qanunsuz heç bir iş görmək olmaz, qanun hamıya aiddir.

Dediyinə görə, Füzuliyə ayda 2-3 dəfə gedib-gəlib, amma polislər ona mane olmayıblar. Birinci onu həmin ərazilərə buraxan polislərdən də haqq-hesab sorulmalıdır. Bu cür hallara yol vermək olmaz. Ölkəmizin indiki dövründə belə hallar yolverilməzdir. Xalq arasında da bu cür hallar narazılıqla qarşılanır. Qarabağa icazəsiz səfəri yaxşı addım kimi qiymətləndirmirəm, hər birimiz qanuna tabe olmalıyıq”.

Qeyd edək ki, dünən məhkəmə qarşısına çıxarılan Manaf Ağayev və dostu, iş adamı Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbs cəzasında məhkum olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar