Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyev və Paşinyanın Kişinyov görüşündən nə gözləmək olar?

Avropa siyasi birliyinin sammiti çərçivəsində Kişinyovda Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində ancaq Qərbin – Avropa İttifaqı və ABŞ-ın nümayəndələri nikbinlik ifadə edirlər...

Avropa İttifaqı Şurasının rəhbəri və Dövlət Departamentinin mətbuat katibinin bəyanatlarında sülhün yaxın və tamamilə mümkün olmasına əminlik var. Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi sensasiyalı bəyanat verib ki, ABŞ İlham Əliyevin Qarabağ separatçılarına amnistiya verməyə hazır olduğunu alqışlayır.

Bu fonda YerevanBakıdan Qərb tərəfdaşlarının nikbinliyinə əks bəyanatlar səslənir. Yerevan təkrar edir ki, onun üçün qırmızı xətlər var və onları keçməyəcək, Bakı isə bəyan edir ki, ermənilərin vaxtı azdır və düşünməlidirlər.

Kişinyov görüşündə Avropa liderləri – Şarl Mişel, Emmanuel Makron və Olaf Şoltsun tərəflərin birdən-birə hansısa sənədi imzalayacağı ilə bağlı nəsə təklif edə biləcəyini düşünmək çətindir.

Əliyev və Paşinyanın Moskvada son görüşü bir-birinin ərazi bütövlüyünün tanınması ilə bağlı tərəflərin bəyanatlarına baxmayaraq, nə qədər mühüm ziddiyyətlərin olduğunu göstərdi. Hətta Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması barədə sensasiyalı bəyanatı da gərginliyi aradan qaldırmayıb. Rusiya prezidentinin və Avrasiya İqtisadi Birliyi ölkələrinin liderlərinin yanında iki liderin mübahisəsi bunun bariz sübutudur.

Çox güman ki, beştərəfli görüş Avropa liderlərinin ErmənistanAzərbaycan liderlərini sülhün hər iki ölkə üçün nə qədər sərfəli olduğuna və Avropa İttifaqının onları iqtisadi cəhətdən dəstəkləməyə hazır olduğuna inandırmaq cəhdlərilə başa çatacaq.

Bütün bu fikirlər, görünür, mayın 14-də Brüssel görüşündə olduğu kimi, görüş iştirakçıları və ya Şarl Mişelin öz adından yekun bəyanatda cəmləşəcək.(Turan)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar