Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Mirzəbəyli: “Qarşıda çox önəmli bir mərhələ var, rəsmi Bakı baş verənlərin fərqindədir”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra hər iki ölkənin xarici siyasət idarəsinin rəsmi açıqlamasında “xalqların sülhə hazırlanması” kimi bir ifadənin işlədilməsi, şübhəsiz ki, maraq doğurur”

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert dedi ki, bundan öncə belə ifadələr, müəyyən qədər fərqli formada, adətən, həmsədrlərin bəyanatlarında yer alırdı.

Amma indiki qədər dəqiq ifadə olunmurdu: “Qeyd edim ki, bu, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında keçirilən dördüncü görüşdür. İlk görüşdən sonra hər iki nazir bir-birinin ünvanına da müsbət fikirlər səsləndirmişdi... Qısa müddət ərzində xarici işlər nazirlərinin 4 dəfə görüşməsinin özü də, qənaətimə görə prosesin intensivləşməsindən xəbər verir”.

Politoloq məhz bu ərəfədə Rusiyadan Azərbaycana qarşı ittiham dolu qərəzli fikirlərin yönəlməsini də təsadüfi saymır: “Baş verənlərin fonunda Azərbaycan-Rusiya yaxınlaşmasını və təbii ki, həm bu yaxınlaşmadan, həm də danışıqlar prosesinin müsbət dinamika almasından narahatlıq keçirən Rusiyadakı ermənipərəst qüvvələrin təxribat törətmək cəhdlərini də nəzərə alsaq, prosesin çox mühüm bir mərhələyə qədəm qoyduğunu ehtimal etmək olar”.

E.Mirzəbəyli qatı erməni millətçilərinin məhz Parisdə nazirlərin bir araya gəldiyi gündən başlayaraq işğal altındakı Dağlıq Qarabağda 8 günlük (!) toplantıya start vermələrini də sıradan məsələ hesab etmir: “Daşnakların işğal altında olan Azərbaycan torpaqlarında görüş keçirməsi də şübhəsiz ki, təsadüfi deyil. Moskvada Azərbaycan-Rusiya münasibətlərinin inkişafından kimlər narahatlıq keçirirsə, daşnakları da məhz onlar səfərbər ediblər. Çünki münaqişənin həlli bütün siyasi karyerasını, biznesini, bütövlükdə həyatlarını Dağlıq Qarabağ problemi üzərində quran dairələrin marağında deyil.

Münaqişə həll olunsa, onların əllərindəki bütün təsir rıçaqları, o cümlədən hakimiyyətin yüksək pillələrində təmsil olunmaq imkanları da əldən çıxacaq”.

Moskvada Azərbaycan-Rusiya münasibətlərinin inkişafından kimlər narahatlıq keçirirsə, daşnakları da məhz onlar səfərbər ediblər”

Eyni zamanda siyasi şərhçi Avropadakı bəzi qüvvələrin və Azərbaycandakı bəzi radikal elementlərin hərəkətə gəlməsini də təsadüfi saymır: “İlk baxışda elə görünə bilər ki, bu və ya digər beynəlxalq təşkilat çərçivəsində Azərbaycan əleyhinə fəaliyyət göstərən hansısa Avropa ölkəsini təmsil edən deputatdır. Amma məsələni ətraflı araşdıranda onları idarə edənlərin bir hissəsinin kölgəsinin Rusiyadakı, yaxud üçüncü bir ölkədəki ermənipərəst dairələrə çıxdığını görmək mümkündür. Bu qrupa daxil olan şəxslər hətta Rusiyanın özünün də Qərblə münasibətlərinin kəskin şəkildə pozulmasında maraqlıdırlar. Belə olduğu təqdirdə onlara daha çox ehtiyac yaranır və öz maraqlarını qoruyub saxlaya bilirlər”. E.Mirzəbəyli əmindir ki, qarşıda çox önəmli bir mərhələ var: “Düşünürəm ki, rəsmi Bakı baş verənlərin fərqindədir və kifayət qədər soyuqqanlı davranmaqla, önləyici tədbirlər həyata keçirməklə istənilən təxribatın qarşısını almaq gücündə olduğunu nümayiş etdirir. Ermənistanda keçirilən sorğulara, yaxud sosial şəbəkələrdə “xalqların sülhə hazırlanması” ifadəsini yanlış istiqamətləndirib Azərbaycan cəmiyyətinə emosional mesaj vermək istəyənlərə gəldikdə isə, onların vahid bir mərkəzdən idarə olunduğunu düşünürəm. Məqsəd qıcıq yaratmaq, danışıqlar prosesinin intensivliyini aşağı salmaq, problemin həllinə mane olmaqdan ibarətdir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Ən çox oxunanalar