Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: Ermənistan üçün Rusiya ilə iqtisadi imkanlar daralacaq...

Ermənistan 20-ci əsrin əvvəllərində onun üçün baş vermiş faciəli hadisələr zamanı atdığı addımları atır. O zaman da ermənilər ABŞ və Avropaya da arxalanırdı...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” nəşrinin hazırladığı məqalədə bildirilir.

İMEMO RAS-ın Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçin deyir ki, Ermənistan Qərblə tədricən yaxınlaşma və Rusiya ilə münasibətləri məhdudlaşdıran ardıcıl siyasət yürüdür. Eyni zamanda, ekspert qeyd edir ki, İrəvan Moskva ilə münasibətləri çərçivəsində yaranmış iqtisadi üstünlüklərdən və imkanlardan imtina etmək istəmir.

“Paşinyan hökuməti Rusiya ilə əməkdaşlıq imkanlarını tədricən azaldır, yalnız iqtisadi aspekti saxlayır. Hesab edirəm ki, Rusiya-Ermənistan münasibətləri pisləşməyə davam edərsə, Ermənistan üçün bu imkanlar da daralacaq”, deyə ekspert hesab edir.

Cənubi Qafqaz üzrə ekspert Artur Atayev isə nəşrə bildirib ki, Ermənistanın siyasi rəhbərliyi Rusiyanın Ermənistana daha çox ehtiyacı olduğundan əmindir və buna görə də İrəvan hərbi-siyasi əməkdaşlıqda Qərbə üstünlük verir.

“Eyni zamanda, Ermənistan iqtisadiyyatsahəsində Aİİ ilə əlaqələri qoruyur. Lakin Ermənistan və ABŞ arasında əməkdaşlığın dərinləşməsi Moskva və Yerevan arasında qarşılıqlı əlaqələrin xarakterini köklü şəkildə dəyişəcək”, deyə Atayev qeyd edib.

Ekspert vurğulayıb ki, Ermənistan hazırda istehlak mallarının 70%-ə qədərini Gürcüstan vasitəsi ilə Rusiyadan alır.

Atayevin fikrincə, Rusiya çətin ki, Ermənistana qarşı sanksiyalar tətbiq etsin və hətta bu ölkənin keyfiyyətsiz iqtisadi tərəfdaş imicini belə yaratmayacaq, lakin hərbi-texniki əlaqələrinə əhəmiyyətli dərəcədə yenidən baxacaq.

“Əslində, Moskva NATO üzvü olan Fransadan bu ölkəyə hərbi texnikanın tədarükü səbəbindən İrəvanla hərbi əməkdaşlığı artıq tədricən məhdudlaşdırır. ABŞ isə Türkiyə ilə münasibətləri korlamamaq üçün çətin ki, Ermənstana silah versin. Ona görə də erməni-amerikan tərəfdaşlığı qonşu Gürcüstanda olduğu kimi, yalnız nümayiş xarakterli birgə hərbi təlimlərlə məhdudlaşacaq”, deyə ekspert hesab edir.

Atayevə görə Ermənistanla Azərbaycan arasında hipotetik hərbi toqquşma olarsa, Vaşinqton böyük ehtimalla Türkiyəyə görə İrəvana ciddi yardım göstərməkdən imtina edəcək.

“Təəssüf ki, bu gün Ermənistan 20-ci əsrin əvvəllərində onun üçün baş vermiş faciəli hadisələr zamanı atdığı addımları atır. O zaman da ermənilər ABŞ və Avropaya da arxalanırdı”, deyə Atayev fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay