Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əks-kəşfiyyat rəisi məxfi sənədləri götürüb ölkədən qaçdı?

Ötən bazar günü İranın rəsmi KİV-ləri İnqilab Keşikçiləri Korpusunun daxili təhlükəsizlik bölməsinin komandiri vəzifəsinə briqada generalı Fəthulla Cumeyrinin təyinatı barədə xəbər yayıb

Cumeyri həmin postda briqada generalı Əli Nəsirini əvəzləyib. Həmin yerdəyişmənin səbəbləri barədə heç bir əlavə məlumat verilməyib.

İnqilab Keşikçiləri Korpusunun daxili təhlükəsizlik bölməsi yüksək vəzifəli hərbi və mülki şəxslərin şəxsi təhlükəsizliyini, strateji obyektlərin mühafizəsini təmin edir, əks-kəşfiyyat fəaliyyətləri aparır. Faktiki olaraq İsrailin ümumi təhlükəsizlik xidməti ŞABAK-ın analoqudur.

Bundan iki sutka sonra-aprelin 23-də ABŞ-da mənzillənmiş “İran rejiminin cinayətlərini araşdırma Mərkəzi” general Nəsirinin məxfi sənədləri götürüb ölkədən qaçdığı, Yaxın Şərqdəki ABŞ səfirliklərindən birinə sığınıb siyasi sığınacaq istədiyini xəbər verib.

Bildirilir ki, Nəsirinin qaçması onun ali dini lider ayətullah Əli Xamneyinin nümayəndəsi Hüseyn Taeblə açıq münaqişəsi ilə bağlıdır. Məlumata əsasən general ABŞ səfirliynə İranın nüvə və raket proqramlarına, habelə bu ölkənin xüsusi xidmət əməkdaşlarının diplomatik pasportlarla xaricə səfərlərinə dair məxfi sənədləri təqdim edib.

Əslində Nəsirinin qaçması haqda məlumat ilk dəfə Livanda “Hizbullah”a yaxın “əl-Mayadin” saytında aprelin13-də yer alıb, amma cəmi yarım saat sonra həmin informasiya saytdan çıxarılıb.

Bildirilir ki, Nəsirinin qaçması ilə bağlı təhqiqata İnqilab Keşikçilərinin veteranı, İran liderinin etibarlı adamı Vahid Xaqanian başçılıq edir.

Korpusun yeni rəhbəri general Salami

İnqilab Keşikçiləri Korpusunda nəsə müəmmalı hadisələrin baş verdiyinə ayətullah Xamneyinin daha bir qərarı dəlalət edə bilər. Aprelin 22-də “Reuters” xəbər yayıb ki, Xameneyi Korpusun rəhbəri, general Əli Cəfərini vəzifəsindən azad edib. Onun yerinə ABŞ və İsrailə qarşı xüsusilə sərt mövqedə olan general Hüseyn Salamini gətirib. Əli Cəfəri Korpusa 11 ildir rəhbərlik edirdi, onun vəzifədən azad edilməsinin səbəbləri göstərilmir.

Hüseyn Salami 2009-cu ildə İnqilab Keşikçiləri Korpusunun komandan müavini olub, daha əvvəl isə Korpusun hərbi-hava və kosmik qüvvələrinin qərargah rəisi idi.

Hələlik İran rəsmi qaynaqları İnqilab Keşikçiləri Korpusunun generalının ölkədən qaçması barədə xəbərlərə münasibət bildirmir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - Yenilənib

Nizamini farslaşdırmağa çalışan çarəsiz İrandan daha bir təxribat - Video

Qoz, sirkəli salat, siqaret: İçki içmək ədəbinin incəlikləri professorun dilindən

Ramazan bayramı ilə əlaqədar bu tarixlərdə iş olmayacaq

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi - Foto

“Real Madrid” futbolçusuna 1 milyard avro qiymət qoydu

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir

Avstriya - Azərbaycan oyununu yayımlayacaq kanal məlum oldu

Ən çox oxunanalar