Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anım günüdür

T.Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb...

 

Bu gün məşhur Azərbaycan futbol hakimi Tofiq Bəhramovun anım günüdür.

 Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub.

Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra “Neftyannik”ə dəvət olunub. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbol vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.

1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. T.Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, T.Bəhramov 1972-ci ildə qitələrarası kubokun final matçı olan “Ayaks” (Niderland) – “İndependyente” (Argentina) görüşünü idarə edib.
1966-cı ildə keçirilən dünya çempionatının finalı həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırıb və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaradıb. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdular. Tofiq Bəhramov bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim edib.

Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası – Respublika stadionu onun adını daşıyır. Stadionun girişində dünyada ilk dəfə bir hakimin adına abidə ucaldılıb.

Qeyd edək ki, dünya futbol tarixinə “Qızıl fit” almış yeganə yan xətt hakimi kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirib və 68 yaşında dünyasını dəyişib. O, II Fəxri xiyabanda dəfn olunub.(oxu.az)

Poliqon.info


Etiket: Tofiq Bəhramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar