Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfsanəvi festival geri dönür: “Bakı Payızı 2023 - 35 il sonra” - Video

“Bakı Payızı” müsabiqəsi ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaransa da, uzun müddət keçirilməyib...

Əfsanəvi “Bakı Payızı” festivalı yenidən istedadları kəşf etməyə başlayacaq.

Bakı Payızı 2023 - 35 il sonra” adı ilə keçiriləcək müsabiqə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Festivalın əsas məqsədlərindən biri dünya azərbaycanlılarını birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaq və təmsil etməkdir.

Festivalın təşkilatçılarından olan pianoçu, bəstəkar və musiqi prodüseri, Əməkdar artist Emil Əfrasiyab qeyd edib ki, layihə təkcə vokal istedadları üçün deyil, həm də beş janr üzrə böyük müsabiqəyə çevriləcək: qruplar, orijinal janr, xoreoqrafiya və bəstəkarlar.

O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa dəvət edib.

“Bu “Bakı Payızı” musiqi festivalı mədəniyyətimizin inkişafında, yeni istedadların üzə çıxarılmasında çox mühüm və önəmli rol oynayır!” - E.Əfrasiyab vurğulayıb.

Qeyd edək ki, “Bakı Payızı” müsabiqəsi ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaransa da, uzun müddət keçirilməyib. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra, 1980-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayıb. 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunub.

Konsert günü Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələri ilk dəfə iştirakçılar tərəfindən səslənir. Müsabiqənin ən yaddaqalan çıxışı isə şair Malik Fərruxun sözlərinə bəstəkar Mikayıl Vəkilovun bəstələdiyi “Azərbaycanım” mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar