Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda minlərlə ailə mağaralarda sağ qalmaq uğrunda mübarizə aparır - Fotolar

Minlərlə əfqan ailəsi maddi sıxıntı üzündən sığındıqları mağaralarda həyatda qalmaq üçün mübarizə aparır...

2021-ci ilin avqustunda ABŞ ordusu ölkədən çıxdıqdan sonra Əfqanıstanda milyonlarla insan quraqlıq, aclıq, xəstəlik və qida çatışmazlığı kimi problemlərlə mübarizə aparır. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, təxminən 40 milyon əhalisi olan Əfqanıstanda 28,3 milyon insanın təcili humanitar yardıma ehtiyacı olduğu məlumdur. Bu insanlar arasında qadınlar və uşaqlar ən həssas təbəqəni təşkil edir.

Poliqon Anadolu Agentliyinə istinadən xəbər verir ki, uzun illərdir davam edən təlatümlü siyasi və iqtisadi böhrandan dərin təsirlənən Əfqanıstanda minlərlə ailə mağaralarda yaşamağa davam edir.

Paytaxt Kabildən təxminən 4 saat qərbdə yerləşən Bamyan əyalətində ötən il son illərin ən sərt qışı yaşanıb. Getməyə yerləri və hətta əsas ehtiyaclarını ödəmək üçün gəlirləri olmayan bir çox Bamiyan ailəsi 2001-ci ildə Taliban tərəfindən dağıdılmış Budda heykəllərinin yerləşdiyi dağ silsiləsi boyunca mağaralarda yaşayır.

Sözügedən əfqan ailələrin bəziləri uzun illərdir burada yaşasa da, digərləri 2021-ci ildə Əfqanıstanda Talibanın hakimiyyətə gəlişi zamanı köçkün düşüb və buraya sığınmaq məcburiyyətində qalıb.

Bamiyandan olan yerli jurnalist Seyid Əhməd Musəvi mərkəzdən 2 kilometr aralıda yerləşən Teybuti bölgəsindəki mağaralarda 1400-dən çox ailənin yaşadığını bildirib.

BMT-nin bu ailələr üçün ev tikəcəyinə söz verdiyini qeyd edən Musəvi layihənin şəhər mərkəzindən nisbətən uzaq bir ərazidə başladığını və ailələrin evlərin təhvil verilməsini gözlədiklərini bildirib.

Ailələr ölçüsü 5-10 kvadratmetrdən çox olmayan mağaralarda yaşayırlar. Zaman keçdikcə bəzi ailələr yaşadıqları mağaraların girişlərinə çiy kərpicdən divar hörərək “evlərini” böyüdüblər.

Mağaradakı ailələrin ən böyük problemi içməli su, hörümçək, əqrəb, qırxayaq və böcəklər yaradır. Ailələr içməli su üçün uzaq su quyularına getməli olduqlarını, yazın gəlişi ilə çox vaxt zərərvericilərin mağaraları basdığını bildirirlər.

Divarlardan düşən toz və daş parçaları, leysan yağışın içəri sızması ailələrin ən mühüm problemlərindəndir.

Bəzi ailələr akkumulyatorlarını 30-40 santimetr ölçülü günəş panelləri ilə doldurur və onlardan verilən enerjini telefonları doldurmaq və ya işıqlandırma üçün istifadə edirlər. Günəş panellərinə belə sahib ola bilməyən ailələr gecələr qaranlıqda oturmalı olur.

Əlizadələr ailəsi 20 ildir ki, 6 övladı ilə 10 kvadratmetrlik mağarada yaşayır. Ata Niyaz Məhəmməd Əlizadə bildirib ki, fiziki güc tələb edən işlərdə çalışır.

Yaşadıqları çətinliklərə işarə edən Baba Əlizadə "Həşəratlardan qorxuruq, çünki onlar uşaqları hər an sanca bilərlər. Toyumu mağarada keçirdim, həyat yoldaşımı da mağaraya gətirdim", deyib.

Ana Zeynəb Əlizadə isə evlənəndə mağarada yaşayacağını bilmədiyini bildirib: “Evlənəndə mağaraya gəldim və bu mənim ilk evimdir. İndi öyrəşmişəm və mən ailəmdən razıyam. Tək arzum öz evimizin olmasıdır”.

Nevruz ailəsi 10 ildir ki, 4 uşağı ilə mağarada yaşayır. Anna Begüm Nevruz mağaradakı dəlikləri tez-tez bağladıqlarını, lakin torpaq və daş qalıqları səbəbindən yeni dəliklərin əmələ gəldiyini və zərərverici problemini həll edə bilmədiklərini bildirib:

“Övladlarımdan birini əvvəllər əqrəb sancmışdı. Bizim işimiz mağarada daim həşərat və əqrəblərlə mübarizə aparmaqdır. 7 yaşlı oğlumuz odun gətirməyə getdiyi dağda donub öldü. Cəsədini ancaq bir gün sonra tapdıq. Odun yığmağa getdiyi dağda minanın partlaması nəticəsində yoldaşım da yaralanıb, artıq işləyə bilmir. Yardımlarla və borc alaraq yaşamağa çalışırıq”.

İmamdad Hüseyni isə istifadə etdikləri günəş batareyası ilə 4 lampanı işıqlandıra və cib telefonu doldura bildiklərini, lakin qışda daha çox qaranlıqda olduqlarını bildirib.

8 ildir həyat yoldaşı, atası və 2 övladı ilə mağarada yaşadıqlarını bildirən Hüseyni ötən qışda havanın temperaturunun mənfi 36 dərəcəyə düşdüyünü və borc aldığı odunların pulunu hələ də ödəyə bilmədiyini qeyd edib. Hüseyni bildirib ki, soyuqdan donmamaq üçün qalın yorğanlardan istifadə edirlər:

“İçməli su böyük problemdir. Quyudan gətiririk, sonra ya quruyur, ya da su çirklənir. Başqa yerlərdəki quyulara gedib-gəlirik. Elektrik problemimiz də var, akkumulyator bir-iki ildən çox dözmür. Bu yaşamaq deyil, həyatda qalmağa çalışmaqdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar