Bazar, 26 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kenzaburo Oe vəfat edib

Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kenzaburo Oe 88 yaşında dünyasını dəyişib...

Poliqon.info xəbər verir ki. bu barədə Japan Times qəzeti məlumat yayıb.

“Kenzaburo Oe martın 3-də səhər saatlarında qocalıqdan ölüb” deyə Kenzaburo Oenin ailəsinin dəfn mərasiminin artıq keçirildiyini qəzetə bildirib.

Kenzaburo Oe 1935-ci ildə Şikoku adasındakı bir kənddə anadan olub. O, Tokioda universitetdə tələbə olarkən bədii ədəbiyyatla məşğul olmağa başlayıb. 1958-ci ildə Yaponiyada nüfuzlu Ryunosuke Akutaqava Ədəbi Mükafatını alıb.

“Pasifist və anti-nüvə baxışları ilə tanınan Oe özünü II Dünya Müharibəsi zamanı “dərin yaralanmış”, lakin “yenidən doğulmaq ümidi ilə dolu” yazıçılar nəslinin bir hissəsi kimi görürdü”, Japan Times qeyd edir.

1994-cü ildə Oe Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb. Nobel komitəsinin bəyanatında deyilirdi ki, yazıçı “poetik güclə həyat və mifin birləşdiyi xəyali dünya yaradıb və bu yaradıcılıq müasir insanın məşəqqətlərinin ruhdan salan mənzərəsini yaradır”.

Nobel Komitəsi yazıçının əsas əsərləri arasında “1860-cı ilin futbolu”, “M/T və meşə möcüzəsinin tarixi” və “Şirin keçmişə məktublar” romanlarını qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Limonu 4 yerə bölüb otağınıza qoyun: Həyatınızı xilas edəcək

Yevgeni Fyodorov-"Vəziyyəti qızışdıran İrəvan deyil"

Bu dəfə dəfn mərasiminə gedən müğənnilərə söz atdı

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - Siyahı

Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi - Video

Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi

Xankəndidə aktivlik artdı: yeni mübarizə başlayır?

Ermənistanda azarkeşlər Türkiyənin himnini fitə basıb

Özcan Dənizin döyülmə anının kadrları yayıldı - Video

İlham Əliyev 1 həftə əvvəl xəbərdarlıq etmişdi - Ordumuz hərəkətə keçdi: Yollar nəzarətə götürüldü

Ən çox oxunanalar