Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəz Məlikovun xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək...

2022-ci ilin avqustun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum edilən“Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla əlbir olan şəxslərin də həbs ediləcəyi gözlənilir.

Savash.org-un əldə etdiyi məlumata görə, aparılan istintaq araşdırmalarının nəticəsində Ə.Məlikovun əsas işlərini idarə edən Anar Allahverdiyevin də axtarışa verildiyi iddia edilir. Hazırda xaricdə olduğu bildirilən Anar Allahverdiyev “Trans Broker” MMC rəhbərinin xalası oğludur. Onun əsas işi beynəlxalq əlaqələr üzrə menecerlik olub və gömrükdən qazanılan pulları xaricdə yuyulmasını təşkil edib.

A.Allahverdiyevin bu xidmətlərinə görə əldə etdiyi milyonlarla manat dəyərindəki pul vəsaitini vergidən yayındırdığı, ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlak alışına yönəltdiyi güman edilir.

Xatırladaq ki, “Trans Broker” MMC-nin rəhbəri Ə.Məlikov “gömrükçülərin işi” üzrə aparılan istintaq işi zamanı saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq araşdırmaları zamanı Gömrük Komitəsinin 4 yüksək vəzifəli şəxsi saxlanılıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Ə.Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində “brokerlik fəaliyyəti” ilə tanınır. Ona qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Ə.Məlikovun adı mediada daim Azərbaycan gömrüyündə monopoliyanın yaradılmasında hallanıb.

PİA.az xəbər verir ki, bəzi təsdiqlənməmiş məlumata görə, Anar Allahverdiyev hakimiyyətdə yüksək vəzifəyə sahib olan məmurin kürəkənidir. O, təqribən bir il əvvəl vəzifədən alınsa da, hakimiyyət daxilində öz nüfuzunu qoruyub saxlamaqdadır. Həmçinin həmin şəxs ölkədə böyük biznes şəbəkəsinə də sahibdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar