Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri ilə görüşüb

Mədəniyyət Nazirliyindən bu barədə məlumat verilib...

Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 29-da “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov və “Simurq” Mədəniyyət Assosiasiyasının rəhbəri, kulturoloq, professor Fuad Məmmədov ilə görüşüb.

APA Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə 28 oktyabr tarixində “Simurq” Mədəniyyət Assosiasiyası təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı Beynəlxalq konfrans haqqında məlumat verilib.

Konfransın moderatorlarından biri – “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov milli mədəniyyətin və mənəviyyatın inkişafında mühüm töhfələrinə, Azərbaycan xalqının çoxəsrlik ənənələrinin qorunmasına, sülh və inkişaf naminə humanizm, sivilizasiyalararası dialoqun həyata keçirilməsində aktiv fəaliyyətinə görə mədəniyyət naziri Əbülfəs Qarayevin təşkilat tərəfindən “Sülhməramlı” nominasiyasında “Roza mira” qızıl medalına layiq görüldüyünü bildirib və medalı nazirə təqdim edib.

Nazir göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu kimi tədbirlərin ölkəmizdə keçirilməsinə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.

Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin, bu çərçivədə Mədəniyyət Nazirliyinin iştirakı ilə həyata keçirilən beynəlxalq layihə və tədbirlərin xalqların və sivilizasiyaların dialoquna verdiyi xüsusi töhfədən danışıb.

“Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.

Kulturoloq, professor Fuad Məmmədov beynəlxalq konfransın təşkilində nazirlik tərəfindən göstərilən dəstəyə və qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

Ən çox oxunanalar