Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Disney kütləvi ixtisarlara başlayıb

Walt Disney şirkəti 7000 əməkdaşını ixtisar etmək prosesinə başlayır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentlik bildirir ki, bazar ertəsi, martın 27-də şirkətin baş direktoru Bob İqer məlumat təsdiqləyib. İxtisar iki dalğada baş verəcək və 2023-cü ilin yayına qədər tamamlanacaq.

Disney CEO, şirkətin yaxın dörd gün ərzində ilk işçi qrupuna ixtisarlar barədə bildiriş verməyə başlayacağını söyləyib. Bir neçə min insanın işdən çıxarılacağı kinci, daha böyük ixtisar dalğası apreldə başlayacaq. Dəyişikliklər Disney Entertainment və Disney Parks, Experiences və Products kimi böyük bölmələrə təsir edəcək.

Disney-dəki kütləvi ixtisarlar xərclərin 5,5 milyard dollar azaldılması planı əsasında həyata keçirilir.

Qeyd edək ki, fevral ayında Disney-in baş direktoru kütləvi ixtisarlar və şirkətin üç bölməyə bölünməsi haqqında məlumat vermişdi. Birinci bölmə kino və televiziya üçün əyləncə məzmunu ilə məşğul olacaq. İkincisi idman proqramlarına cavabdeh olacaq, üçüncüsü isə əyləncə parklarını, mal və kruiz gəmilərini idarə edəcək.

Xatırladaq ki, Walt Disney Company kino və əyləncə sənayesində ən böyük media korporasiyalarından biridir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar