Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diaspor Komitəsi: "Dünya azərbaycanlıları hadisəni İranın xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı sayırlar"

"Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsi, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdiyimizi bildiririk. Dünya azərbaycanlıları baş vermis hadisəni İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı hesab edir, hər bir soydaşımız bu xain hücumü və qanlı cinayətləri törədənləri lənətləyir, diqqəti yayındırmaq üçün yayılan yalan məlumatlara inanmadığını bəyan edir. Baş vermis qanlı olay məntiqə və insanlığa sığmır".

PİA.az xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında əksini tapıb.

Qeyd olunub ki, Cənubi Azərbaycanda 40 milyon soydaşımızın yaşaması, onların davamlı olaraq hüquqlarının pozulması və İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması bizi hədsiz narahat edir:

"Biz dünya ictimaiyyətinin diqqətini regiona yönəldir, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə çağırırıq.

Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısını almaq üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq.

Nəzərinizə çatdıraq ki, biz İranErmənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinin şahidiyik. Belə ki, son vaxtlar 27 İran vətəndaşı Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçıların yanına keçmiş, bu günə qədər Ermənistanİran bu barədə heç bir açıqlama verməmişdir.

Biz törədilən terror aktı nəticəsində həlak olanların xatirəsini ehtiramla anır, davamlı olaraq Ermənistanın müxtəlif istiqamətli terror əməlləri ilə üz-üzə qalan Azərbaycana qarşı İran İslam Respublikasının da eyni mövqedən çıxış etməsini pisləyir, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözləyirik".

pia.az

 


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı yeni iddia

Nizamini farslaşdırmağa çalışan çarəsiz İrandan daha bir təxribat - Video

Qoz, sirkəli salat, siqaret: İçki içmək ədəbinin incəlikləri professorun dilindən

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi - Foto

“Real Madrid” futbolçusuna 1 milyard avro qiymət qoydu

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Avstriya - Azərbaycan oyununu yayımlayacaq kanal məlum oldu

MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir

Ən çox oxunanalar