Şənbə, 25 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Ağdamdakı monitorinq mərkəzi Ermənistanla sərhədə yerləşdirilsin”

Ağdamdan fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməlidir”.

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc belə təkliflə çıxış edib.

O bildirib ki, Avropa İttifaqının missiyası mülki libasda Ermənistanda xidmət göstərməklə gələcəkdə NATO-nun regiona müdaxiləsinə şərait yaratmaq üçündür.

“Hesab edirəm ki, cavab olaraq Rusiya-Türkiyə Monitorinq Mərkəzi Azərbaycanın Ermənistanla sərhədinə yerləşdirilməlidir. Çünki İrəvanda sülhü təmin etməyə qadir olan tək dövlət Azərbaycandır”, - deyə o əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədlərinə missiya göndərəcək. Missiyanın müddətinin iki il olması nəzərdə tutulur.

Rusiya bu addımı regional sülhə xələl gətirən addım kimi qiymətləndirir. Azərbaycanın isə mövqeyi belədir ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və İttifaq bundan çəkinməlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – Foto

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - Yenilənib, Video

MN: "Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi müəyyən edilib" - Video

Qara dəniz üzərində "Boeing" və iki qırıcı görünüb

Araik Moskvadan qayıdandan sonra: “Müharibəyə hazırlaşmaq üçün silahlanmalıyıq”

“Qalatasaray” futbol klubu: “Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır"

Onlar varlanmaq üçün doğulub - Ən zəngin 6 bürc

Ən çox oxunanalar