Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəhşət dolu gecə: Malıbəyli və Quşçular qətliamından 31 il ötür

Qarabağ müharibəsi zamanı 10-12 fevral 1992-ci il tarixləri arasında erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlı qətlə yetirilib...

Şuşada əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşdirilib. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilib.

1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə olub.

Fevralın 5-də kəndlərin üstündə uçan bir helikopter kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər atıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün idi. Şuşaya uçan axırıncı helikopter yanvarın 28-də ermənilər tərəfindən vurulub.

Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edilib.

Fevralın 10-u gecə yarısı rus silahlılarının da yardımı ilə erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Kənddəki qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Kənddəki evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.

Yaxınlıqdakı ŞuşaXocalı şəhərlərinə gedən yollar kəsildiyindən kəndlərə ən yaxın yaşayış məskəni Ağdam rayonunun Abdal-Gülablı kəndləri idi, lakin bu kəndlərə gedən yol ermənilərin məskunlaşdığı ərazilərdən keçirdi.

Təcavüzkar silahlı birləşmələrin tərkibi Suriya, Livan, ABŞ və Fransadan gəlmiş könüllü ermənilərdən ibarət idi. Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri erməni silahlı birləşmələri tərəfindən ələ keçirilib. Bununla da ŞuşaXocalı şəhərləri tamamilə blokada altına alınıb.

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar