Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəbdəbəli tətil üçün dünyanın ən yaxşı şəhərləri - Siyahı

Bir çox turist tətil planlaşdırarkən pula qənaət etmək üçün müxtəlif fəndlərə əl atsa da, digərləri əksinə, sərvət xərcləyib, tətildən maksimum yararlana biləcəyi dəbdəbəli yerlər axtarırlar...

Poliqon xəbər verir ki, "Travel Off Path" səyahət zamanı yüksək səviyyəli dəbdəbədən həzz almağın bir çox yolunu təqdim edib. Dəbdəbəli tətil üçün ən yaxşı şəhərlərin reytinqini beynəlxalq səyahətçilərin təqdimatında 2022-ci ildə ən aktiv olan, yüksək səviyyəli əyləncə, alış-veriş, gözəl yeməklər, lüks otellər və turlara milyardlarla dollar xərclənən kosmopolit şəhərlər formalaşdırılıb.

Lüks bir tətil üçün dünyanın ən yaxşı şəhərləri:

1. Dubay (BƏƏ) - Birləşmiş Ərəb Əmirliklərindəki bu meqapolis son vaxtlar və bir çox səbəblərə görə səyahətçilərin diqqətini daha çox cəlb edir. Dubaya baş çəkməyin bir çox səbəbləri olsa da, çoxları bura yüksək səviyyəli kurortlarda istirahət edə biləcəyi dəbdəbə üçün gəlir. 2022-ci ildə beynəlxalq səyahətçilər Dubayda təxminən 30 milyard dollar xərcləyib və bu, onu adıçəkilən siyahıdakı bütün digər şəhərlərdən üstün edir. Xüsusi hazırlanmış təcrübələrə dünya səviyyəli yemək və alış-veriş seçimləri ilə Dubayda pul xərcləməyin yollarının sonu yoxdur.

2. Doha (Qətər) - Ölkə bu yaxınlarda bir neçə səbəbə görə populyarlıq qazanıb, o cümlədən 2022 FIFA Dünya Kuboku bu sıradadır. 2022-ci ildə turistlər Qətərin paytaxtında 16 milyard dollar xərcləyib. Doha beynəlxalq kulinariya məkanıdır. Təklif olunan 80-ə yaxın beşulduzlu otellərlə şəhər həm də özünüzü əzizləmək və pul xərcləmək şansı təqdim edir.

3. London (Böyük Britaniya) - Dünyanın ən çox beşulduzlu otelinə malik şəhəri olan Britaniya paytaxtı hər zaman insanların dünya səviyyəli muzeyləri tarixi yerləri ziyarət etmək üçün məşhur məkan olub. 2022-ci ildə xarici turistlər Londonda təxminən 16 milyard dollar xərcləyib.

4. Makao (Çin) - Bu şəhər uzun müddətdir ki, dünyanın qumar paytaxtı kimi tanınır və buradakı obyektlər Las-Veqasdakı qumarxanalardan qat-qat üstündür. 2022-ci ildə ziyarətçilər burada təxminən 16 milyard dollar xərcləyib. Bu rəqəmə materik Çindən və Honq Konqdan gələn ziyarətçilər də daxildir.

5. Amsterdam (Hollandiya) - Əyləncələrdən tutmuş dəbdəbəli müştərilərə qədər müxtəlif çeşidli turistlərin çoxdan sevimlisi olan bu şəhər keçən il beynəlxalq turizmdən təxminən 14 milyard dollar qazanıb. Amsterdam indi özəl turizm məkanıdır. Dəyişmiş imic, görünür, yaxşı pul xərcləməyə gələn yüksək səviyyəli müştəriləri cəlb edir. Buradakı əyləncələr suda beşulduzlu yeməkdən tutmuş sağlamlıq istirahətlərinə və dəbdəbəli alış-verişə qədərdir.

6. İstanbul (Türkiyə) - Həm Asiya, həm də Avropa təsirlərinə bürünmüş bu şəhər hər iki dünyanın ən yaxşı nemətlərindən istifadə etmək üçün əla məkandır. İstanbul lüks otellər, bahalı mağazalar və restoranlarla kifayətlənmir, həmçinin yaxta gəzintiləri və özəl türk hamamları kimi əyləncələr də təklif edir. Ötən il şəhərə xarici turistlərdən 13 milyard dollardan çox vəsait daxil olub.

7. Barselona (İspaniya) - 2022-ci ildə xarici turistlərdən 13 milyard dollara yaxın pul qazanan metqapolis bütün növ səyahətçilər tərəfindən çox sevilir. Burda turistlər məyus olmayacaq: onları gözləyən 30-a yaxın 5 ulduzlu otel və çoxlu lüks restoran var. Eyni zamanda, şəhər varlı turistlərə özəl turlar və ya şəxsi məsləhətçi ilə alış-veriş kimi əyləncələr təklif edir.

8. Nyu-York (ABŞ) - Amerikanın ən çox beşulduzlu otelə malik şəhəri olan Nyu York zəngin turistlərə 60-a yaxın lüks otel təklif edir. Onlar həmçinin vertolyot taksisi, flaqman mağazalar, dünya üzrə aparıcı restoran və barlar, eksklüziv studiyalar, eləcə də intim özəllikdən tutmuş məftunedici və ekstravaqantlığa qədər sonsuz sayda digər əyləncələr kimi dəbdəbəli xidmətlərə çıxış əldə edirlər.

Dəbdəbəli tətil üçün dünyanın ən yaxşı 10 şəhəri siyahısında son iki yerdə 2022-ci ildə xarici turistlərin hər birinə təxminən 10 milyard dollar xərclədiyi Sinqapur və Paris qərarlaşıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar