Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

De Byazi Azərbaycan millisindən göndərilir? - Açıqlama

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində uğursuz startı yığmanın çalışdırıcısı Canni De Byazinin fəaliyyətinin müzakirə edilməsinə səbəb olub.

Poliqon.info xəbər verir ki, bəzi KİV və sosial şəbəkələrdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) ölkənin əsas komandasında mümkün baş məşqçi dəyişikliyinin müzakirə olunduğu iddia edilir. Məlumata görə, federasiya yaxın günlərdə italyan mütəxəssislə müqaviləyə ya qarşılıqlı razılıq əsasında xitam verəcək, ya da o, təzminat ödənilməklə yola salınacaq. Hətta çalışdırıcını yerli mütəxəssisin əvəzləyəcəyi də bildirilir.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün AFFA ilə əlaqə saxladıq. Assosiasiyanın Mətbuat Xidmətinin rəhbəri Firuz Abdulla Oxu.Az saytına açıqlamasında yayılan məlumatları təkzib edib.

“Baş məşqçinin təyinatı və ya vəzifəsindən uzaqlaşdırılması barədə qərar İcraiyyə Komitəsi tərəfindən verilə bilər. Hazırda İK-nın iclası ilə bağlı hər hansı xəbər yoxdur”, - deyə qurumun sözçüsü bildirib.

Azərbaycan millisi seçmə mərhələnin ilk turunda Avstriyaya 4:1, II turunda İsveçə 5:0 hesabları ilə uduzub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar