Çərşənbə, 27 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda baş verən ağır yol qəzası ilə məlumat yayıb - Yenilənib

Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb...

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Poliqon-a cavab olaraq bildirilib ki, bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

***

Sabirabadda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Həziyeva Dilarə Alməhəmməd qızı hamilə olduğundan təcili yardım maşını ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilərkən qəza baş verib.

Nəticədə İmişli rayon sakinləri, təcili yardım stansiyasının tibb bacısı, 1964-cü il təvəllüdlü Abdullayeva Aidə Nizami qızı, 1980-ci il təvəllüdlü Vəliyeva Aynur Hüseyn qızı, “VAZ-21011” markalı avtomobilin sürücüsü, Sabirabad şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Muxtar Cəfər oğlu və onun həmyerlisi 1987-ci il təvəllüdlü Vəliyeva Ceyhunə Baloğlan qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yüngül xəsarət alan hamilə qadın D.Həziyeva isə doğum şöbəsinə qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını “VAZ-21011” markalı avtomobillə toqquşub.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info


Etiket: qəza yol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb- Yenilənib, Video

Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı

FHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb - Foto, Yenilənib

ABŞ rəsmisi Azərbaycanı təhdid etdi... - Vaşinqtondan gələn təhdid özünü necə göstərə bilər?

Azərbaycanda dəhşət: Ər-arvad benzin töküb özlərini yandırdılar

Mərkəzi Klinika: "Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır"- Yenilənib

ABŞ Qarabağa beynəlxalq missiya göndərmək istəyir... - Məqsəd nədir?

Gənc fəal erməni qızların Azərbaycanla bağlı etirafları - Video

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ərdoğan: “Əgər İrəvan məsələyə razılıq verməsə, yol İrandan keçəcək”

Xocavənddə erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay