Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danilov: Ukraynanın işğal olunmuş ərazilərinə Putinin oxşarı səfər edib

Danilovun sözlərinə görə, Putin “qorxaq adamdır” və onun cəbhə xəttinə bu qədər yaxınlaşması sadəcə mümkün deyil...

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov əmindir ki, Xerson və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərinə səfər edən Rusiya diktatoru Vladimir Putin deyil, onun dublyoru olub.

Poliqon xəbər verir ki, Danilov bunu milli xəbər telemarafonunun efirində deyib.

“Əvvəla, Putin orada olmayıb. Bu, məlum məsələdir. Əsl Putinlə ünsiyyət qurmaq üçün ən azı 10-14 gün karantində qalmalısan. Orada Putin yox idi. Bu onun bir neçə dublyorlarından biri idi”, deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.

Danilovun sözlərinə görə, Putin “qorxaq adamdır” və onun cəbhə xəttinə bu qədər yaxınlaşması sadəcə mümkün deyil.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əcnəbi qonaqların Rusiya prezidentindən çox uzaqda masa arxasında necə oturduğunu xatırladıb və Putinin səfərləri zamanı insanlara bu qədər yaxın təmada olmasını heç də inandırıcı olmadığını deyib.

“Bu, istənilən vaxt cəbhə xəttinə baş çəkə və birbaşa hərbçilərimizin yanında ola bilən prezidentimizin tam əksidir. Bu bizim fərqimizdir”, deyə Danilov fikrini yekunlaşdırıb.

Xatırladaq ki, aprelin 18-də Kreml bildirib ki, Putin Xerson istiqamətində Dnepr və Luqansk vilayətindəki “Vostok” qoşun birləşmələrinin baş qərargahlarına baş çəkib. Jurnalistlər Putinin səfər tarixində uyğunsuzluqlar aşkar ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar