Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 5 qadın dini ayin icraçısı məscidlərə təyinat alıb

Daha 5 qadın dini ayin icraçısı Saatlı rayonu “Varxan” kənd, Quba şəhəri “Cümə”, Siyəzən şəhəri “Cümə”, Ağdaş şəhəri “Hacı Məhəmməd” və Zaqatala şəhəri “Cümə” məscidlərinə təyin olunublar...

Bu barədə Poliqon.info-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilir ki, Komitə tərəfindən 13-15 fevral 2023-cü il tarixində İslam dininə aid ibadət yerlərində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün keçirilmiş müsahibədə iştirak edən və uğur qazanaraq təyinat almış bir qrup qadın dini ayinlərin icraçıları ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı görüş zamanı ölkədəki dini durum, dövlətin dini abidələrə və din xadimlərinə göstərdiyi yüksək diqqət və qayğısından bəhs edib. Dini ayin icraçılarına müvafiq tövsiyələr verərək, fəaliyyətlərində Azərbaycan reallığı və ölkəmizin tarixi dini ənənələrinin əsas götürülməsinin vacibliyini diqqətə çatdırıb. M.Qurbanlı dini mərasimlər zamanı İslami dəyərlərin olduğu kimi təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra qadın dini ayinlərin icraçılarının fikirləri və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüşdə iştirak edən qadın dini ayin icraçıları Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə Saatlı rayonu “Varxan” kənd, Quba şəhəri “Cümə”, Siyəzən şəhəri “Cümə”, Ağdaş şəhəri “Hacı Məhəmməd” və Zaqatala şəhəri “Cümə” məscidlərinə təyin olunublar.

Xatırladaq ki, bundan öncə təyinat almış 10 nəfər qadın dini ayin icraçısı artıq respublikamızın müxtəlif şəhər və rayonlarında yerləşən məscidlərdə fəaliyyət göstərirlər.

Poliqon.info

 


Etiket: məscid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar