Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Corc Qafarovdan daha bir açıqlama

Prezident İlham Əliyev tərəfiindən mənzil bağışlanan aktyor, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov sualları cavablandırıb.

- Sizə Prezident İlham Əliyev tərəfindən mənzil hədiyyə edildi. Təəssüratlarınızı bilmək istərdik.

- Cənab Prezident İlham Əliyevin verdiyi sərancamla Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mənzil bağışlanıb. Dövlət himayəsində böyümüşəm, 2 saylı uşaq evində yaşamışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən adıma daşınmaz əmlakın olub-olmadığı tam dəqiqləşdikdən sonra mənzil verildi. Bir müddət əvvəl mən və qardaşım evimiz olmadığına görə, Sosial Xidmətlər Agentliyinə müraciət etmişdik. Mən və qardaşım uşaq evində böyümüşük. Mənzil Sumqayıtda yerləşir, bir otaqlıdır.

- Evə nə zaman köçəcəksiz?

- İnşallah, yaxın günlərdən köçəcəyəm. Düzdür, işlərim paytaxtda olur, amma orada yaşayacağam.

- Mövsüm sonudur, qarşıda yaradıcılıqla bağlı nə kimi planlarınız var?

- Akademik Milli Dram Teatrından tətilə çıxdıq. Artıq serial çəkilişlərimiz də bitir. Amma yeni mövsümdə teatrda yeni işlərimiz olacaq. Bununla yanaşı Türkiyədən iş təklifi də var. Onu dəyərləndirməyi düşünürəm.

- İş təklifi serial ilə bağlıdır?

- Bəli, Türkiyədən serialdan təklif var.

- Serial haqda məlumat verə bilərsiniz?

- Serial haqqında məlumat verilməyib. Sadəcə olaraq xarici görünüşüm, fakturam və oyun tərzim xoşlarına gəlib. Türk dili ilə bağlı məsələ qalıb. Təsdiqləndikdən sonra serial haqda məlumat veriləcək. Əgər türk dilində danışmağım da xoşlarına gələcəksə, layihə həyata keçəcək. Bundan sonra Türkiyədə serialın çəkilişləri başlayacaq.

- Yaxın günlərdə evlənməyiniz haqda xəbər yayıldı. Bu nə dərəcədə düzgün idi?

- Evlənəcəyimi deməmişəm, bu haqda danışanlar başqaları olub. Hələ ki, evlənmirəm. Evlənsəm, yəqin ki hamının xəbəri olacaq.

- Hazırda şəxsi həyatınızda kimsə varmı?

- Xeyr, şəxsi həyatımda kimsə yoxdur.(Teleqraf.com)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Ən çox oxunanalar