Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin və Yaponiya arasında BMT-də Tayvan məsələsinə görə diplomatik qalmaqal yaşanıb

Pekin Tokionun bəyanatlarını “təxribat” adlandırıb və özünümüdafiə hüququna istinad edib…

Poliqon xəbər verir ki, Çin və Yaponiya BMT-də Tayvan mövzusuna dair kəskin diplomatik yazışmalarla qarşı-qarşıya gəlib. Hər iki ölkənin BMT-dəki daimi nümayəndələri təşkilatın baş katibi Antoniu Quterreşə məktub göndərərək mövqelərini açıqlayıblar.

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun məktubunda bildirib ki, Yaponiyanın baş naziri Sanae Takaitinin son açıqlamaları Çinin təhlükəsizliyinə və beynəlxalq nizamın əsaslarına təhdid təşkil edir. Pekin onun sözlərini “silahlı müdaxilə üçün birbaşa hədələmə” kimi qiymətləndirərək xəbərdarlıq edib ki, Çin belə bir halda özünümüdafiə hüququndan istifadə edəcək.

Bundan sonra Yaponiyanın BMT-dəki daimi nümayəndəsi də Quterreşə məktub göndərərək, Tayvan məsələsində Tokionun mövqeyini izah edib. Yaponiyanın kabinet katibi Minoru Kihara TASS-a açıqlamasında bildirib ki, rəsmi Tokionun siyasəti dəyişməyib.

“Biz Çinlə problemlərin sayını azaltmaq, qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək istəyirik”, deyə nümayəndə vurğulayıb.

Çin XİN isə Tokionun bu izahına da kəskin reaksiya verib. XİN sözçüsü Mao Nin bildirib ki, Yaponiyanın “dəyişməz mövqeyi nədən ibarətdir?” sualına Tokio açıq və tam cavab verməlidir.

“Əgər Yaponiya yalnız mövqeyinin dəyişmədiyini təkrarlayacaq, amma mütəmadi olaraq qırmızı xətləri keçəcəksə, bu bəyanatlar yalnız ‘Bir Çin’ prinsipinin məzmununu boşaldan söz yığını olaraq qalacaq”, deyə Çin nümayəndəsi qeyd edib.

Pekin və Tokio arasında gərginliyi artıran əsas səbəb Yaponiyanın baş naziri Sanae Takaitinin əvvəlki bəyanatı olub. O, Tayvan ətrafında böhranın Yaponiya üçün “mövcudluq təhlükəsi” yarada biləcəyini və bunun Tokionun özünümüdafiə hüququndan istifadə etməsinə əsas verəcəyini bildirmişdi. Çin isə bunu ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.

Tayvan məsələsi uzun illərdir Çin-Yaponiya münasibətlərinin ən həssas mövzularından biri olaraq qalır və son hadisələr fövqəladə həssas geosiyasi situasiyanın daha da kəskinləşdiyini göstərir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay