Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Arxiyepiskop Marek Solçinski ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın iqamətgahı Türkiyə Ankara şəhəri olmaqla Azərbaycandakı Apostol nunsisi Arxiyepiskop Marek Solçinski ilə görüşüb...

Bu barədə Poliqon.info-ya Azərabaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Vatikan münasibətləri, habelə Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti müzakirə olunub.

Azərbaycan ilə Vatikan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq layihələrinin, qarşılıqlı səfərlərin və dialoqun vacibliyi vurğulanıb.

Görüşdə postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan addımlar diqqətə çatdırılıb.

Arxiyepiskop Marek Solçinski Azərbaycanın müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəyliyin bərqərar olması naminə səylərini yüksək qiymətləndirilib.

Görüşdə, tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

Ən çox oxunanalar