Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Koreya Upbit kriptobirjasının sındırılmasında Şimali Koreyanı şübhəli bilir

Seul Lazarus qrupunun hücumun arxasında dayanmasından ehtiyat edir…

Poliqon xəbər verir ki, Cənubi Koreya hakimiyyəti ölkənin ən böyük kriptobirjalarından biri olan Upbit-ə edilən kiberhücumu Şimali Koreya ilə əlaqələndirə bilər. Yonhap Agentliyi bildirir ki, istintaq orqanları hücumun arxasında KXDR-in məşhur Lazarus haker qrupunun dayandığından şübhələnir. Kibertəhlükəsizlik şirkəti Group-IB isə hücumu Koreya Xalq Ordusunun Baş Kəşfiyyat İdarəsinin 121-ci bölməsi ilə əlaqələndirir.

Upbit rəhbərliyi ötən gün platformada təxminən 37 milyon dollar dəyərində rəqəmsal aktivlərin icazəsiz şəkildə başqa ünvanlara köçürüldüyünü açıqlayıb və dərhal depozitlərlə və vəsait çıxarışı ilə bağlı əməliyyatları dayandırıb. Upbit hazırda ticarət həcminə görə dünyanın dördüncü ən böyük kriptobirjasıdır. Platformada 200-dən çox kriptovalyuta ticarət olunur və istifadəçilərə rəqəmsal aktivlərin alqı-satqısı və yaradılması üçün ayrıca NFT marketpleysi də təqdim edilir.

Bu, Upbit-in ilk problemi deyil. Yanvar ayında Cənubi Koreyanın Maliyyə Kəşfiyyatı Agentliyi (FIU) pulların yuyulmasına qarşı qaydaların pozulmasına görə birjanın fəaliyyətini qismən məhdudlaşdırmışdı. Martın 7-dən iyunun 6-dək yeni istifadəçilərə virtual aktivləri köçürmək qadağan olunmuşdu.

"Lazarus" qrupunun fəaliyyəti isə uzun illərdir Cənubi Koreya və ABŞ dövlət qurumlarına qarşı DDoS hücumları və məlumat sızmalarına görə dünya miqyasında tanınır. Son illərdə qrup daha çox kriptobirjalara hücumlarla məşğuldur və milyonlarla dollar həcmində rəqəmsal aktivlərin oğurlanması ilə əlaqələndirilir.

Hadisə Cənubi Koreyada kripto sənayesinin təhlükəsizlik standartlarının yenidən gündəmə gəlməsinə səbəb olub və müvafiq qurumlar Upbit-dən əlavə məlumatların təqdim edilməsini tələb edir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay