Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub

Tərəflər arasında əvvəllər bir neçə dəfə münaqişələr olub...

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Elxan Əmanov keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla başını kəsməkdə şübhəli bilinir.

Daha sonra E.Əmanov sirkə turşusu içib və yaxınları onu rayon xəstəxanasına yerləşdirib. Lakin E.Əmanovun vəziyyəti ağır olduğu üçün paytaxt xəstəxanalarından birinə aparılıb.

Məlumata görə, tərəflər arasında əvvəllər bir neçə dəfə münaqişələr olub. O, A.Abbasovanı dəfələrlə döyüb. Həmçinin E.Əmanovun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi və buna görə müalicə aldığı bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

pia.az


Etiket: Cəlilabad qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı yeni iddia

Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata səs vermədi 

Qoz, sirkəli salat, siqaret: İçki içmək ədəbinin incəlikləri professorun dilindən

“Bu ölkələr Ukrayna məsələsində vasitəçi ola bilməz”

“Real Madrid” futbolçusuna 1 milyard avro qiymət qoydu

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi - Foto

Avstriya - Azərbaycan oyununu yayımlayacaq kanal məlum oldu

Nizamini farslaşdırmağa çalışan çarəsiz İrandan daha bir təxribat - Video

Ən çox oxunanalar