Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavan Zeynallının həyat yoldaşı ilbizdən vəfat edib? - Video

Xalq artisti Cavan Zeynallı aylar əvvəl dünyasını dəyişən həyat yoldaşı Röya Zeynalovadan danışıb. 

Bizim.Media xəbər verir ki, cazmen qonaq olduğu “Günün sədası” verilişində xanımının beş ay yataq xəstəsi olduğunu açıqlayıb. 

C.Zeynallı bildirib ki, xanımı beş müxtəlif xəstəxanalarda müalicə alsa da, heç bir nəticə verməyib: 

“Röya 5 ay xəstəxanaları gəzdi. Mən də onunla qalırdım xəstəxanada. Həkimlər dedilər ki, bir az keçsin, oturacaq. Nə gəzirdi, nə otururdu. 5 ay uzanıqlı vəziyyətdə qaldı. 3-cü ayda başqa xəstəxanaya apardım, dedilər ki, 3 ay keçəcək arabadan düşüb gəzə biləcək. Bu xəbərə elə sevindim ki... Onu apardım gəzdirdim.

 
Sevindim ki, aylar sonra həyat gördü. Amma yenə də uzanırdı. Röya xəstəxanada yox, evdə qalmaq istəyirdi. Gətirdik evə. Daha sonra həkimlər evə gəlirdilər, müalicə, masaj edirdilər. Röya çox az yemək yeyirdi”. 

Proqramın aparıcısı Nanə Ağamalıyeva sənətkarın xanımının vəfat etməsini bədəninə ilbiz qoyulması ilə əlaqələndirib: 

“Röya xanım sağlam bir insan idi. Bu, el arasında yayılan və bilinən üsuldur. Amma Röya xanımda ilbiz düzgün yerə qoyulmayıb və fəsadla nəticələnib. Problem həddindən artıq çox böyüyüb. Düzgün müalicə aparılıb-aparılmadığını bilmirəm”. 

Nanənin bu fikirlərinə isə C.Zeynallı “Efirdəyik, evdə olsaydıq danışardım. İndi bizə milyonlarla insan baxır, olmaz. Çox şey ürəyimdədir” cavabını verib. 

Poliqon.info 


Etiket: Cavan Zeynallı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar