Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Novruzov: "Adanada qohumgildə məskunlaşdıq"

“Məlum fəlakətlə bağlı Adanada bir kənddə qohum evində müvəqqəti məskunlaşmışıq. Həyət evidir, nisbətən təhlükəsizdir”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.

Cahangir Novruzovun sözlərinə görə, zəlzələ təhlükəsi yenə də gözləndiyi üçün bir neçə gün Adana əhalisi çox mərtəbəli yaşayış evlərinə buraxılmaya bilər: “Bizim binamız 11 mərtəbəlidir, zəlzələyə dayanıqlı olduğu bildirilir. Amma Adanada 16-17 mərtəbəli binalar çökdü.

Çox böyük faciədir. Həmin binalardakı insanların aqibəti məlum deyil. Mən də ailəmlə, nəvəm Cəfərlə buradayıq. Çox ailələrin elektrik enerjisi, təbii qazı kəsilib. Su və qida var. Hələ nə vaxt evimizə buraxılacağıq, məlum deyil”.

C.Novruzov deyib ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları onunla əlaqə saxlayıb, vəziyyətilə və azərbaycanlı tələbələrlə maraqlanıblar: “Şükür ki, tələbələrimizin az qismi Azərbaycandan geri qayıdıb. Onlar imtahanlarını verib, tətilə buraxılmışdılar. Çoxu hələ Azərbaycandadır. Tələbələrimiz təhlükə sovuşduqdan sonra geri dönərlər”.

Professor onu da qeyd edib ki, təbii fəlakət Azərbaycanla Türkiyənin sarsılmaz dostluğunu, qardaşlığını br daha təsdiqləyib: “Yenə də öncə dəstək təklifi Azərbaycandan gəldi. Dost dar gündə tanınar. Biz Azərbaycanın humanist davranışına görə burada başıuca gəzirik və buna görə Prezidentimiz İlham Əliyevə təşəkkür edirik.

Türkiyə Azərbaycan dostluğu bütün türk dünyasına örnəkdir. Bu dərd və Azərbaycanın nümunəvi dəstək addımı demək olar ki, Turan birliyini qurdu. Digər türkdilli dövlətlərdən də Türkiyəyə xilasedici qruplar göndərilməyə başlandı. Allah türk millətini bu bəladan da hifz etsin”.

Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 2 min 921 nəfərə, yaralananların sayı isə 15 834 nəfərə çatıb. Təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar