Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bundan sonra hər şey dağılacaq” – Ukrayna Rusiya üzərində necə qələbə çalacaq?..

ABŞ generalı Ukraynanın Rusiya üzərində qələbəsinin açarını açıqlqyıb…

ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hocesin sözlərinə görə, Ukrayna Donbası qaytara biləcək, lakin Krımın işğaldan azad edilməsi əlavə vəsait tələb edir.

Poliqon.info xəbər verir ki, general Hoces bunu politoloq və “Azad Krım” layihəsinin yaradıcısı Taras Berezovetsin “Youtube” kanalına müsahibəsində deyib.

ABŞ ordusunun Avropadakı sabiq komandanı, hazırda təqaüddə olan ABŞ ordusunun zabiti Ben Hoces bildirib ki, Ukrayna Qərb dövlətlərinin Silahlı Qüvvələrə uzaqmənzilli dəqiq silahlar verməsi şərti ilə Krım yarımadasını azad edə biləcək.

“Donbas sizin olacaq, lakin mən əminəm ki, əgər uzaq məsafədən zərbələr endirmək imkanınız olacaqsa, bu yay Krımı azad etmək mümkündür. Bundan sonra hər şey dağılacaq. Krım açardır”, deyə Hoces bildirib.

Amerikalı general Vaşinqtonun guya Krımın Kiyevin nəzarəti altına qaytarılmasına ümid bəsləməyə meylli olmadığı barədə söyləntilərə də münasibət bildirib. Hocesin fikrincə, Ukraynanın müttəfiqləri yarımadanın azad edilməsinə əhəmiyyətli töhfə verə bilər.

“İnanıram ki, Ukrayna bu il avqustun sonuna kimi Krımı azad edə bilər. Bunun üçün Qərb Ukraynanın Krımı Rusiya ordusu üçün səmərəsiz etmək üçün ehtiyaclarını təmin etməlidir və inanıram ki. Bu belə də olacaq”, deyə general bildirib.

Təqaüddə olan general həmçinin əlavə edib ki, Ukrayna yaxın aylarda dəqiq idarə olunan uzaqmənzilli silahlar almalıdır. Əks halda Krımı işğaldan azad etmək çox çətin olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar