Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi bu gün davam edəcək...

Oxu.Az xəbər verir ki, ötən iclasda ittiham aktının nəticəvi hissəsi elan edilib.

İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, növbəti prosesdə ittiham aktının elan olunmasının davam etdiriləcəyi bildirilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay