Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın silah ixracı rekord həddə çatdı: Kimlərə satıblar?

Böyük Britaniyanın silah ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən iki dəfə artaraq rekord həddə - 8,5 milyard funt-sterlinqə çatıb...

Poliqon Anadolu Agentliyinə istinadən xəbər verir ki, silah ticarətinə qarşı mübarizə aparan Böyük Britaniya mərkəzli Silah Ticarətinə Qarşı Kampaniya təşkilatının təhlilinə əsasən, krallığn silah ixracı iki illik azalmadan sonra 2022-ci ildə artıb.

Silah satışı, açıqlanan satış məlumatları ilə ən geniş ixrac edilən növ olan vahid fərdi ixrac lisenziyaları (SIELs) əsasında hesablanıb.

Ölkənin silah ixracı keçən il 8,5 milyard funt-sterlinqə çatıb ki, bu da bu sahədə məlumatların yayımlanmağa başladığı 2000-ci illərin əvvəlindən bəri ən yüksək səviyyədir. Ötən il silah ixracı 2021-ci ilə nisbətən iki dəfə artıb.

Böyük Britaniyanın ən çox silah ixrac etdiyi ölkə 2,7 milyard funt-sterlinqlə Qətər olub. İlki 2022-ci ilin avqustunda təhvil verilən "Typhoon" tipli döyüş təyyarələrinin ixracı Qətərə silah ixracının 2,4 milyard funt-sterlinqini təşkil edib.

Qətəri 1,1 milyard funt-sterlinqlə Səudiyyə Ərəbistanı və 860 milyon funt-sterlinqlə ABŞ izləyib. İngiltərənin ötən il Türkiyəyə silah ixracı 424 milyon funt-sterlinq, Ukraynaya isə 401 milyon funt-sterlinq təşkil edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar