Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın baş naziri Starmer Çinlə danışıqlar üçün Pekinə səfər edib

Səkkiz ildən sonra ilk rəsmi səfər çərçivəsində yüksək səviyyəli görüşlər planlaşdırılır...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer dörd günlük rəsmi səfərlə Çinin paytaxtı Pekinə gəlib. “Sinxua” Agentliyinin məlumatına görə, bu, Britaniya hökumətinin rəhbərinin son səkkiz il ərzində Çinə ilk səfəridir. Səfərdən əvvəl Kir Starmer 2024-cü ilin noyabrında Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

Səfər proqramına əsasən, Britaniya baş naziri Pekində Si Cinpinlə danışıqlar aparmağı planlaşdırır. Reuters agentliyinin yazdığına görə, bu görüş üçün təxminən 40 dəqiqə vaxt ayrılıb. Bundan əlavə, Starmer Çin Dövlət Şurasının baş naziri Li Tsyan və Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Çjao Leji ilə də görüşmək niyyətindədir. Agentlik qeyd edir ki, Leyboristlər Partiyasının Böyük Britaniyada hakimiyyətə gəlişindən sonra London Pekinlə strateji münasibətləri inkişaf etdirməyə hazır olduğunu bəyan edib.

Məlumata görə, Britaniya nümayəndə heyətinin tərkibinə 50-dən çox iri şirkətin top-menecerləri, həmçinin müxtəlif britaniya qurumlarının təmsilçiləri daxildir. Səfərin əsas məqsədləri sırasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin dərinləşdirilməsi və siyasi dialoqun gücləndirilməsi göstərilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay