Bazar ertəsi, 20 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyalı mütəxəssislərin Azərbaycan hərbçilərinə keçdiyi təlim başa çatıb - Video

Britaniyalı mütəxəssislərin Azərbaycan hərbçilərinə keçdiyi təlim başa çatıb...

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində cari ilin 23 yanvar - 2 fevral tarixlərində Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin iştirakı ilə “Partlayış təhlükələri haqqında məlumatlandırma üzrə təlim kursu” keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin rəhbər heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən hərbi attaşelik aparatının nümayəndələrinin, Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər keçirilən kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar, Azərbaycan ilə Birləşmiş Krallıq arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.

Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi istiqamətində göstərdiyi dəstək xüsusi qeyd olunub. Kurs müddətində dinləyicilər tərəfindən əldə olunan bilik və bacarıqların işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində tətbiq olunacağına əminlik ifadə edilib.

Sonda xatirə şəkili çəkdirilib.

pia.az 


Etiket: Təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadın alt paltarına sevgilsinin şəklini çəkdi, bunu görən əri... - Tovuzda şok olay

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

Müharibə Ukrayna banklarının “sərvətini” 35 dəfə artırıb

Türkiyədə dəhşətli zəlzələ anının yeni görüntüləri yayıldı - Video

Füzuli şəhəri necə inşa ediləcək? - Açıqlama

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

İran KİV-dən hakimiyyətə çağırış: “Sağ qalmağınızı istəyirsinizsə, siyasətinizi dəyişin”

Almaniyanın ədliyyə naziri: “Putini həbs edəcəyik”

Ən çox oxunanalar