Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük hədəflərin tərkib hissəsi - şərh

Ali Baş Komandan azad edilmiş ərazilərdə Novruz tonqalını alovlandırır

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonrakı tarixlərdə Novruz bayramlarını xüsusi qayda ilə qeyd edir.

Qeyd edək ki, Prezident Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını 2021-ci ilin 20 mart tarixində Şuşada, Cıdır düzündə alovlandırıb.

2022-ci ilin martın 20-də Prezident Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində Novruz tonqalını alovlandırıb.

2023-cü ildə də eyni ənənə davam etdirilib, Prezident bu dəfə Tərtər rayonunun Talış kəndində Novruz tonqalı ətrafında xalqı təbrik edib və müraciət ünvanlayıb.

Suqovuşan və Talış strateji təyinatlı istiqamətlərdir və 44 günlük Vətən müharibəsində onların işğaldan azad edilməsi döyüşlərin sonrakı gedişatına mühüm təsir edib.

Suqovuşan və Talış istiqamətlərindəki döyüşlər, Şuşanın azad olunması əməliyyatı hərbi dərsliklərdə öyrənilir.

Həmin döyüşlər Vətən müharibəsinin taleyini həll edən şəkilləndirmə olub.

Prezident İlham Əliyev səfərləri zamanı həm o döyüşləri simvollaşdırır, həm də Ermənistanda baş qaldıran revanşist qüvvələrə xəbərdar edir.

İlham Əliyev Talışa səfəri zamanı da eyni məzmunda xəbərdarlıq ünvanlayıb.

SİTAT: “Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar