Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya Qəzza zolağına 27 milyon dollarlıq humanitar yardım ayırıb

Yardım su, qida və sanitariya təminatını yaxşılaşdırmağa yönəldiləcək – London Qəzzanın bərpası üzrə sammit də keçirəcək..

Poliqon xəbər verir ki, Böyük Britaniya Qəzza zolağında humanitar vəziyyətin yüngülləşdirilməsi üçün 20 milyon funt sterlinq (təxminən 27 milyon ABŞ dolları) məbləğində yardım paketi ayırıb. Bu barədə ölkənin Baş naziri Kir Starmer Reuters agentliyinə açıqlamasında bildirib.

Yardım paketi əhalinin təmiz suya, sanitariya və gigiyena xidmətlərinə çıxışını təmin etməyə yönəlib. Rəsmi Londondan verilən məlumata görə, maliyyələşdirmə BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Ərzaq Proqramı (WFP) və Norveç Qaçqınlar Şurası (NRC) vasitəsilə həyata keçiriləcək. Yardım aclıq və xəstəlikdən əziyyət çəkən minlərlə Qəzza sakininə çatdırılacaq.

Britaniya hökuməti həmçinin Qəzzanın bərpası məsələlərinə həsr olunmuş üçgünlük beynəlxalq sammitin keçiriləcəyini elan edib. Sammitdə müxtəlif ölkələrin hökumət nümayəndələri, özəl sektor təmsilçiləri və beynəlxalq maliyyə institutlarının, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Dünya Bankının nümayəndələri iştirak edəcəklər.

Rəsmi məlumatda qeyd olunur ki, bu maliyyə ilində Böyük Britaniya artıq Fələstinə 74 milyon funt sterlinq həcmində humanitar yardım göstərib. Xatırladaq ki, London sentyabr ayında Fələstini rəsmi şəkildə dövlət kimi tanımışdı.

Kir Starmer hazırda Misirdə keçirilən və Qəzza münaqişəsinin yekun mərhələsinin müzakirəsinə həsr olunan dünya liderləri sammitində iştirak edir. Sammitin əsas məqsədi bölgədə atəşkəsin qorunması, mülki əhalinin müdafiəsi və bərpa proqramının maliyyələşmə mexanizmlərinin razılaşdırılmasıdır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay