Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: 300 mindən çox sudanlı ölkəni tərk edib...

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ölkədəki münaqişələr səbəbindən 300 mindən çox sudanlının qonşu ölkələrə sığındığını açıqlayıb...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Qrandi bu barədə Twitter hesabında yazıb.

“Sudandan qonşu ölkələrə 300 mindən çox insan keçib. Son bir neçə gündə qaçqınların çoxu Çad və Misirə üz tutub”, deyə BMT rəsmisi qeyd edib.

Sudandakı qaçqınlara yardım planına donorların töhfəsinin qeyri-kafi olduğunu deyən Qrandi: “Qaçqınları qəbul edən ölkələrə dəstək olmaq üçün təcili olaraq daha çox qaynağa ehtiyacımız var”, deyə yazıb.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında silahlı toqquşmalar baş verib.

HDK-nın orduda tam iştirakını nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə qurum arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilib.

Bölgəyə humanitar yardımın çatdırılması və münaqişə zamanı zədələnmiş əsas xidmətlərin və infrastrukturun bərpasına yönəlmiş bir həftəlik atəşkəs mayın 22-dən qüvvəyə minib. Bundan əvvəl 7 dəfə təmin edilən atəşkəs hər iki tərəf tərəfindən dəfələrlə pozulub.

Xartumda humanitar vəziyyət pisləşdikcə, on minlərlə insan paytaxtı tərk edərək ölkə daxilində və xaricində daha təhlükəsiz gördükləri ərazilərə getməyə davam edir.

Sudan Həkimlər Birliyi aprelin 15-dən bəri ordu ilə HDK arasında baş verən qarşıdurmalarda 863 mülki vətəndaşın həyatını itirdiyini, 3531 nəfərin isə yaralandığını açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar