Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Trampın Putini ‘təcrid statusundan çıxarması Hindistanın işinə yarayır...

Putinin Hindistana səfəri Nyu-Dehlinin ABŞ və Rusiya arasında balans saxlamaq qabiliyyətini sınağa çəkəcək…

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi Rusiya prezidenti Vladimir Putinin Hindistana planlaşdırılan səfərini Nyu-Dehlinin geosiyasi manevr imkanları üçün kritik məqam kimi qiymətləndirib. Agentlik yazır ki, hazırda Hindistanın həm Vaşinqton, həm də Moskva ilə əlaqələri yeni həssas mərhələdədir.

Mənbələrin bildirdiyinə görə, Narendra Modinin hökuməti ABŞ prezidenti Donald Tramp administrasiyası ilə ticarət danışıqlarını yekunlaşdırmağa çox yaxındır. Lakin Putinin səfəri fonunda Hindistan–Rusiya münasibətlərinin nümayişkaranə şəkildə gücləndirilməsi bu hədəfi çətinləşdirə bilər.

Bloomberg vurğulayır ki, Putin bu səfərlə Rusiyanın Qərbdən kənarda da mühüm tərəfdaşları və geniş ticarət bazarları olduğunu göstərmək istəyir.

Hindistan isə Rusiya ilə çoxşaxəli siyasi-iqtisadi əlaqələrə malikdir və bu bağlılıq hələ sovet dövrünə uzanır. Hazırda ABŞ sanksiyaları və Vaşinqtonun təzyiqləri səbəbindən Hindistanın Rusiya enerjisi ilə ticarət dövriyyəsi risk altındadır — halbuki bu ticarət həm Hindistan iqtisadiyyatına sərfəlidir, həm də Moskva üçün həyati əhəmiyyət daşıyır.

Putinin səfəri eyni zamanda Narendra Modinin müstəqil geosiyasi kurs aparmaq bacarığını nümayiş etdirməsi üçün fürsət kimi qiymətləndirilir.

“ABŞ Trampın rəhbərliyi altında daha çox izolyasionist və tranzaksion siyasət yürüdür, ABŞ–Çin münasibətləri kəskin olaraq gərgin qalır. Belə şəraitdə Hindistan Rusiya, Yaponiya, BƏƏ və Aİ kimi ‘orta güclərlə’ əlaqələrini dərinləşdirməyə çalışır… Və Hindistana kömək edən əsas məqamlardan biri də Trampın Alyaskadakı sammitlə Putindən ‘izqoy’ statusunu artıq çıxarmasıdır”, deyə Eurasia Group-un Cənubi Asiya üzrə rəhbəri Pramit Pal Çaudhuri Bloomberg-ə bildirb.

Danışıqların formal gündəliyi ticarət məsələləridir. Lakin Bloomberg qeyd edir ki, ən həssas və mürəkkəb başlıqlar enerji və müdafiə sahələridir və hər iki istiqamət Tramp administrasiyasının sıx təzyiq altında saxladığı sahələrdir. Bazarda sanksiyanın yaratdığı çətinliklər fonunda hər hansı razılaşmanın əldə edilməsi çoxsaylı hüquqi və maliyyə baryerlərini aşmağı tələb edəcək.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay