Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Rusiya hökuməti Mərkəzi Banka təzyiq göstərir

Rusiya hökuməti Mərkəzi Bankdan faiz dərəcəsini aşağı salmağı tələb edir…

Poliqon.az xəbər verir ki. Bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Rusiya hökuməti Mərkəzi Banka təzyiq edir və bu təzyiqin səbəbi 2023-cü ilin sonuna qədər faiz dərəcəsini aşağı salmaq tələbidir.

Nəşr yazır ki, 2023-cü ildə Mərkəzi Bankın Direktorlar Şurasının ilk iclası ərəfəsində, rəsmilər tənzimləyicidən il ərzində faiz dərəcələrinin mümkün azalma ilə bağlı daha konkret proqnoz eşitməyi gözləyirlər. Qeyd edilir ki, bu iclas fevralın 10-da keçiriləcək.

Bloomberg-in mənbələri bildirirlər ki, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və onun həmkarları yüksək inflyasiyanın riskləri ilə bağlı hər hansı qaçılmaz faiz yumşaldılması barədə hələ danışmaq istəmirlər və ehtimal ki, iclasda faizin endirilməsi üçün kifayət qədər imkan və resurs olmadığını söyləyəcəklər.

Rusiya Bankının rəhbəri Elvira Nabiullina uçot dərəcəsini azaltmaq niyyətində deyil, çünki bu, sürətli inflyasiyaya səbəb ola bilər. Tənzimləyici mütəxəssislər iclasda deyəcəklər ki, 2023-cü ildə uçot dərəcəsinin endirilməsi şansları olduqca kiçikdir, lakin buna baxmayaraq, onlar ölkə iqtisadiyyatı üçün proqnozların yaxşılaşdırılması üçün çalışacaqlar”, deyə Bloomberg-in mənbəsi bildirib.

Mərkəzi Bank hesab edir ki, inflyasiyanın yavaşlaması müvəqqəti ola bilər, qeyri-sabit vəziyyətdə isə dəqiq proqnoz vermək mümkün deyil.

Bundan əvvəl Mərkəzi Bankın nümayəndələri bildiriblər ki, 2022-ci ilin dekabr ayının sonunda valyuta bazarında yuan ilə faiz mübadiləsi səbəbindən rublun zəifləməsi müşahidə olunub.

Bundan əvvəl məlum olub ki, Mərkəzi Bank yanvarın 13-dən fiskal qaydaları mexanizminin tətbiqi çərçivəsində daxili bazarda xarici valyutanın alqı-satqısını bərpa edib. Verilən məlumata görə, əməliyyatlar Moskva birjasının valyuta bölməsində Yuan - rubl cütlüyündə həyata keçirilir. Tənzimləyicinin nümayəndələri izah ediblər ki, Mərkəzi Bank hər ay bazarda valyuta alqı-satqısı həyata keçirəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar