Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloger izləyicisini polisə verdi – Səbəb

Bloger Nagehan Abdullayeva instaqram səhifəsindəki paylaşımına şərh yazan izləyicisindən polisə şikayət edib.

Poliqon.info xəbər verir ki, o, ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, instaqramda şəkillərinin altından tanımadığı səhifələrdən nalayiq ifadələr yazıblar. Ərizə əsasında profillərin müəyyən edilməsi üçün DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən araşdırma aparılıb. 28 yaşlı Xanım Quliyevanın (şərti ad-soyad) ona qarşı nalayiq ifadələr işlətdiyi müəyyən edilib.

Məlum olub ki, izləyici Nagehanı Türkiyədə zəlzələ baş verən ərəfədə əyləncəli paylaşım etdiyi üçün təhqir edib. İzləyici zəlzələ nəticəsində minlərlə insanın öldüyü halda Nagehan Abdullayevanın əri ilə musiqi qoşub rəqs etdiyi görüntünü paylaşdığını deyib. Buna görə də X.Quliyeva ona qarşı nalayiq ifadələr işlətdiyini bildirib. Qadın əməlindən peşman olduğunu qeyd edib.

İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə Xanım Quliyeva barəsində inzibati protokol tərtib edilib. Protokola Nərimanov Rayon Məhkəməsində baxılıb. X.Quliyeva 100 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, əslən türkiyəli olan N. Abdullayeva azərbaycanlı bloger Fərid Abdullayevlə ailəlidir. Cütlüyün iki övladı var.

Qafqazinfo

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar