Şənbə, 23 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken: “Gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm”

“Gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O, 28 May - Müstəqillik Günü ilə bağlı Azərbaycanı təbrik edib: “Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz ortaq ikitərəfli prioritetlərimizi inkişafı üçün Azərbaycanla davamlı əməkdaşlığımızı yüksək qiymətləndiririk. 31 ildən artıqdır davam edən ikitərəfli əlaqələrimiz dönəmində ABŞ ümumi təhlükəsizlik maraqları, enerji əməkdaşlığı və iqtisadi artıma əsaslanan davamlı tərəfdaşlıq qurmaq üçün Azərbaycanla sıx əməkdaşlıq edib. Bu əməkdaşlıq Azərbaycan Konstitusiyasına uyğun demokratik inkişaf öhdəliyi, eləcə də insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşı getməyə davam edəcək. Mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm və gələcək illərdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsini səbirsizliklə gözləyirəm.

Birləşmiş Ştatlar həmçinin Azərbaycan və region üçün davamlı sülhün təmin edilməsinə kömək istiqamətində əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir. Biz Cənubi Qafqazda yaşayanların hamısı üçün daha yaxşı gələcək naminə bu məqsədi dəstəkləməyə tam sadiqik”, - təbrikdə qeyd olunub.

Poliqon.info 


Etiket: Blinken


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kılıcdaroğluna ciddi sual: “Qarabağla bağlı niyə susursunuz?”

Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb - Yenilənib

BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - Yenilənib, Video

Lokal antiterror tədbirlərindən real görüntülər - Video

Mask türkcə bilən işçi axtarır - Gündəlik maaş...

72 şəhid nəşinin içindən oğlu tapılan ana - Video

FHN Qarabağın erməniəsilli əhalisi üçün çadırlar qurub - Fotolar

“Surət Hüseynov Milli Qəhrəman adını şantaj yolu ilə almışdı”

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

Ən çox oxunanalar