Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir qrup din xadimi İrandakı səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı etiraz bəyanatı qəbul ediblər

Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilmiş terror hadisəsi ilə əlaqədar olaraq Aran bölgəsindəki din xadimləri etiraz bəyanatı qəbul ediblər.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Kürdəmir, Ucar, ZərdabGöyçaydan olan din xadimləri, məscid imamları və bölgə qaziləri iştirak ediblər.

Təcavüzkar aktı qətiyyətlə pisləyən din xadimləri qəhrəman şəhidimiz, mühafizə xidmətinin rəisi Orxan Əsgərova Allahdan rəhmət diləyib, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiklərini bildiriblər.

Azərbaycanın bütün dövlətlərlə ilk növbədə qonşu olan dövlətlərlə əlaqələrin normallaşmasında maraqlı olduğunu qeyd edən din xadimləri bunun bir millət kimi xarakterimizdə olan tolerantlıqdan qaynaqlandığını söyləyiblər.

Qeyd edilib ki, səfirliyin yerləşdiyi ərazi birmənalı olaraq Azərbaycanın suveren ərazisi sayılır. Bildirilib ki, hazırda Azərbaycan xalqı bu hadisəni hiddət içində və şiddətlə qınayır.

Tədbirdə vurğulanıb ki, bu məsələdə səbəbkarlar aydınlaşdırılmalı və onlara qanunla ən sərt cəza verilməlidir. Qeyd olunub ki, Azərbaycanın dini camiəsi, eləcə də bölgədə fəaliyyət göstərən din xadimləri bu cinayəti qətiyyətlə pisləyir.

Tədbirin sonunda Kürdəmir, Ucar, GöyçayZərdab rayonundan olan din xadimləri Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş terror hadisəsi bağlı bəyanat imzalayıblar.

Bəyanatda din xadimləri bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə və əməkdaşlarına qarşı törədilmiş terror aktını pisləyib və siyasi məqsədli terror aktı kimi qiymətləndiriblər:

"Müstəqil Azərbaycanın suveren ərazisinin - Səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ümumən beynəlxalq hüquqa zidd terror aktıdır. Tehrandakı Səfirliyimizin mühafizəsini təmin edərkən – dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Terrorçunu zərərsizləşdirən zaman yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik. Bu, diplomatik binaların və diplomatların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Vyana Konvensiyasına görə Səfirliyin təhlükəsizliyinin təmin edilməsi, heç şübhəsiz, Səfirliyin yerləşdiyi ölkənin borcudur. Bu terror hadisəsi İranın son vaxtlar Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiv mövqe fonunda bizdə böyük şübhə doğurur".

Bəyanatda həmçinin Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı, Azərbaycan xalqına qarşı qanlı faciələr, qırğınlar törətdiyi xatırladılıb. Qeyd edilib ki, həmin müddət ərzində İran bu müsibətlərə qarşı bir dəfə də səsini çıxarmayıb.

Bildirilib ki, İran Ermənistanın təcavüzkar, işğalçı olduğunu görə-görə onunla dostluğunu davam etdirir. Halbuki bütün İslam dünyası Ermənistanın işğalçılıq siyasətini qəti şəkildə pisləyir. Ona görə də din xadimləri bütün bunların başadüşülən olmadığını vurğulayıblar.

Bəyanatda Tehrandakı səfirliyimizə edilən hücum və terror aktı zamanı həyatını itirən mühafizə xidmətinin rəisi Orxan Əsgərovun dəfninin ölümünün üçüncü gününə təsadüf etdiyi xatırladılıb. Qeyd edilib ki, hələ də ictimaiyyəti bu sual maraqlandırır:

"Niyə İran tərəfi həyatını terror zamanı itirmiş müsəlman qardaşının cənazəsinin Bakıya gətirilməsinə bu qədər maneə yaratdı? Niyə Bakıdan Tehrana göndərilən təyyarənin qalxmasına dəfələrlə İran tərəfi imtina əmri verdi?"

Bəyanat müəllifləri Azərbaycana qonşu olan dövlətin ölkəmizə qarşı ədavətli addımlar atdığına görə təəssüfləndiklərini bildiriblər:

"Bunun nəticəsidir ki, akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər. Azərbaycanın dini cameəsi, eləcə də bölgədə fəaliyyət göstərən din xadimləri də bu cinayəti qətiyyətlə pisləyir. Azərbaycanın din xadimləri olaraq bəyan edirik ki, ölkəmizə qarşı bu hadisə məzhəbindən asılı olmayaraq hər bir dindarımız tərəfindən şiddətlə qınanılır. Müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış, Allah evlərini murdarlayan tərəfə silah, hərbi yardım söz verən, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirən İran dövlətinin Tehrandakı Səfirliyimizə silahlı hücumu Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Dövlətçiliyimizə qarşı hər hansı təhdidə göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Biz də bir Azərbaycan vətəndaşı və din xadimləri olaraq tələb edirik ki, terror aktının üstünün açılması üçün bütün araşdırmalar dərindən və Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə aparılmalı və rəsmi olaraq Azərbaycan dövlətindən üzr istəməlidir".

Din xadimləri bəyanatda vurğulayıb ki, İran tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarının istintaq prosesində iştirakını təmin etməlidir:

"İstintaq prosesinin bütün mərhələlərində Azərbaycan tərəfi məlumatlandırılmalıdır. Ancaq bu yolla İran hökuməti məsuliyyəti öz üzərindən götürə bilər. Prezident İlham Əliyev səfirliyimizə hücumun birmənalı şəkildə terror aktı olduğunu qeyd etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünə, diplomatik missiyasına qarşı vəhşi təxribatdır. Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, bütün Azərbaycan vətəndaşları, dinindən və məzhəbindən aslı olmayaraq dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyirik. Azərbaycan Səfirliyinə siyasi sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın. Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!".

pia.az

 

 


Etiket: Bəyanat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar