Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir ailənin 4 üzvünü güllələyən şəxs ömürlük azadlıqdan məhrum edilə bilər - Foto

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb...

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisi kimi qətlə yetirilən ailənin iki oğlu tanınıb. Onlar hadisə qeydə alınan vaxt Bakıda olublar.

İş üzrə baxış iclası 12 aprelə təyin edilib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qətlə yetirilən şəxslərlə uzun illərdir aralarında ədavət olduğunu deyib. Fuad Cəlilzadə verilmiş ittihamla təqsirli bilinərsə, 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə ötən il dekabrın 2-də Beyləqan rayonunun Tatalılar kəndində qeydə alınıb. Rəsmi məlumata görə, kənd sakini, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib.

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar