Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyni süni intellektə qoşulmuş siçan alimləri təəccübləndirdi

Rusiyalı alimlər dünyada ilk dəfə siçanın beynini süni intellektə qoşublar...

O, istənilən suala düzgün cavab verə bilib.

Bu barədə "Neiry" biotexnologiya laboratoriyasından məlumat verilib.

Bildirilib ki, unikal təcrübənin ilk nəticələri hazırdır.

"Dünyada ilk dəfə alimlər və tərtibatçılar siçanın beynini süni intellektə qoşublar. Siçan klaviatura vasitəsilə istənilən suala cavab verə bilir", - deyə laboratoriyadan bildirilib.

Alimlər "Pifiya" adlı laboratoriya siçanının beynini neyrointerfeysə qoşublar. Qurğu düzgün cavabları təklif etmək üçün beynin elektrik stimulyasiyasından istifadə edən süni intellektlə işləyir. Neyrointerfeysə qoşulmuş elektrodlar gəmiricinin beyninin müəyyən hissələrini stimullaşdıra bilir. "Bəli" cavabı zamanı sınaq obyektində bir yerdə, "xeyr" cavabı zamanı isə başqa yerdə xüsusi hisslər yaranırdı. Hər düzgün cavab üçün siçan mükafat alırdı.

Qoşulmuş süni intellekt sayəsində siçan kvazarlar, mielin qişaları, "Python" proqramlaşdırma dili haqqında suallara cavab verə bilib, hətta Albert Eynşteynin doğum tarixini düzgün bilib. Tədqiqatçılar vurğulayırlar ki, yaxın gələcəkdə bu cür neyrointerfeysləri insanlara da implant etmək mümkün olacaq ki, bu da insan intellekti üçün həqiqətən sonsuz imkanlar açacaq.

İnvaziv neyrointerfeysinin hazırlanması üzrə laboratoriya layihəsi "Süni İntuisiya" adlandırılıb.(Oxu.az)

Poliqon.info

 

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay