Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Berlin Cənubi Qafqazda nüfuz qazanmaq istəyir

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatdı...

Səfər çərçivəsində ölkə başçısı Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və başqaları ilə olduqca məhsuldar görüşlər keçirdi. Prezidentin keçirdiyi görüşlərə görə onun Almaniyaya səfərini uğurlu hesab etmək olar.

Bildiyimiz kimi Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. İki ölkə arasında diplomatik münasibətlərin yaranmasından sonra əlaqələr mütəmadi olaraq inkişaf etdi.

Xatırladım ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentindən əvvəl Almaniyada səfərdə oldu. Bu baxımdan da İlham Əliyevin Almaniyaya səfəri diqqət çəkdi. Görünən odur ki, qısa müddətdə ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir. Yəni, Berlin Cənubi Qafqazda nüfuz qazanmaq istəyir.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada dava olub...

İsrail və yəhudi mediası həyəcan təbili çalır: SEPAH İlham Əliyevi təhdid edir... 

Azərbaycanlı milyarderin müharibə haqda səs yazısı yayılıb – Video

Erməni deputat Ordumuzun əməliyyatı haqda: Bu gün səhər…

Ordumuz son əməliyyatı belə keçirib – Təfərrüat

“Zita və Gita” 50 il sonra hərkəsi təəccübləndirdi

İlham Əliyev 1 həftə əvvəl xəbərdarlıq etmişdi - Ordumuz hərəkətə keçdi: Yollar nəzarətə götürüldü

Ermənilərin qaldırdığı bu şüarın mənası açıqlandı

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Kissincerdən bədbin proqnoz: Böyük problemlər yaranacaq...

Ən çox oxunanalar