Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus “qeyri-qanuni sanksiyaları” terror aktı hesab etməyi təklif edib

Belarus birtərəfli qaydada tətbiq edilən “qeyri-qanuni” sanksiyaları təkcə iqtisadi terrorizm deyil, təcavüz aktları hesab etməyi təklif edib...

Poliqon xəbər verir ki, bu təşəbbüsü ölkənin BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov BMT Baş Assambleyasının 78-ci sessiyasında səsləndirib.

Rıbakov çıxışı zamanı ABŞAvropa İttifaqının (Aİ) sanksiya siyasətləri səbəbindən bir sıra dərmanların Belarusa tədarükünün dayandırılmasından şikayətlənib. Xüsusilə, Polşadan gətirilən epilepsiya müalicəsi üçün dərmanlar, Finlandiyadan Parkinson xəstəliyi və xərçəng formalarının müalicəsi üçün dərmanlar və Böyük Britaniyadan banal ağrıkəsicilərin Belatusa ixracı dayandırılıb.

Daimi nümayəndə ABŞ və Aİ-nin sanksiyalarının kalium gübrələrinə şamil edilməməsi ilə bağlı bəyanatlarını da yalan adlandırıb. Cənab Rıbakov hesab edir ki, dünya ixracının təxminən üçdə birini təşkil etdiyi güman edilən Belarus kalium gübrələrinə qarşı sanksiyaların birbaşa nəticəsi Afrikada məhsuldarlığın əhəmiyyətli dərəcədə azalmasıdır.

Belarusun BMT-dəki daimi nümayəndəsi əmindir ki, sanksiyaların təşəbbüskarları birtərəfli sanksiyaların əslində nəyə gətirib çıxardığını, beynəlxalq hüququn bütün ağla gələn normalarını pozduğunu bildirib. Daimi nümayəndə etiraf edib ki, sanksiyalar Belarusun dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına mənfi təsir göstərir.

Belarus hakimiyyəti belə qənaətə gəlib ki, birtərəfli tədbirlər onların təsirinə görə kəskin silahlı münaqişələr və təbii fəlakətlərlə müqayisə oluna bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay