Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Makkarti ilə büdcə məsələsində razılığa gəlib

ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə büdcə məsələsində razılığa gəlib.

“Report” xəbər verir ki, ABŞ lideri bu barədə tviterdəki hesabında yazıb.

“Bu axşam (yerli vaxtla-red) spiker Makkarti (Nümayəndələr Palatasının spikeri Kevin Makkarti-red) ilə büdcə ilə bağlı prinsipial razılığa gəldik. Bu, işləyən insanlar üçün kritik proqramları qorumaq və hamı üçün iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, xərclərin azaldılması istiqamətində irəliyə doğru atılmış mühüm addımdır.

Saziş mənim əsas prioritetlərimi və Konqresdəki Demokratların qanunvericilik uğurlarını qoruyur. Razılaşma güzəştdir, yəni hər kəs istədiyini almır. Bu, rəhbərliyin məsuliyyətidir. Saziş Amerika xalqı üçün yaxşı xəbərdir, çünki o, fəlakətli defolt və iqtisadi tənəzzülə, pensiya hesablarının boşalmasına və milyonlarla iş yerinin itirilməsinə səbəb ola biləcək hadisələrin qarşısını alır. Növbəti gün danışıqlar qruplarımız qanunvericilik mətnini yekunlaşdıracaq, razılaşma Birləşmiş Ştatların Nümayəndələr Palatasına və Senatına təqdim olunacaq”, - Bayden qeyd edib.

Yerli mətbuat isə bildirib ki, Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün aparılan danışıqlarda ABŞ-ın dövlət borcunun tavanının artırılması və büdcə xərclərinin azaldılması ilə bağlı prinsipial razılıq əldə olunub.

Qeyd edilir ki, razılıq şənbə günü keçirilən məsləhətləşmələrdə əldə olunub. Bu, ABŞ-da defoltdan qaçmağa kömək edəcək.

Daha əvvəl Cozef Bayden bildirib ki, ABŞ administrasiyası və Konqres ölkədə defoltun qəbuledilməz olması ilə razılaşıb.

Poliqon.info 


Etiket: Bayden


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar