Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baxmut uğrunda döyüşdə dönüş nöqtəsi – Rusiya öz gücünü itirib...

Ukrayna hərbçiləri Rusiyanın Baxmuta hücumunu dəf edə bildiklərini deyirlər...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzetinin məlumatında bildirilir.

Hərbçilər deyirlər ki, Rusiya hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə azalıb və artıq qaçılmaz mühasirəyə düşmə təhlükəsi yoxdur. İndi onlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gözləyirlər.

“Düşmən bütün ehtiyatlarını tükətdi. Hücumların sıxlığı bir neçə dəfə azalıb. Əvvəllər onlar bütün istiqamətlərdə eyni vaxtda və ən azı 20, 30 və ya 40 nəfərlik qruplar halında hücuma keçirdilər, lakin getdikcə hücumlar sönür”, deyə hazırda Baxmutda döyüşən Ukraynanın “Adam” taktiki qrupuna rəhbərlik edən polkovnik Yevgeni Mejevikin nəşrə bildirib.

Mejevikin əmindir ki, Ukrayna ordusu şəhəri saxlaya və rus qoşunlarını geri oturda biləcək. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin uğurları davam edərsə, mart ayı Baxmut uğrunda döyüşdə dönüş nöqtəsi olacaq. Şəhərin şimal cinahındakı hücum batalyonunun komandiri Sergey Filimonov da Rusiyanın hücumunun dayandırılmasından danışıb. Onun fikrincə, Ukrayna hərbçiləri düşmənin müdafiəsini yarıb əks-hücum keçirə və Rusiya qoşunlarını mühasirəyə ala bilər.

NYT qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və Quru Qoşunlarının komandanı Aleksandr Sırski də son günlər Baxmutda vəziyyətin sabitləşməsindən danışıblar.

Ukrayna hərbçilərinin bildirdiyinə görə, eyni zamanda rus qoşunları şəhərin mərkəzindən keçərək Baxmutu tutmağa cəhd etməkdə davam edir. Onlar qeyd edirlər ki, hücum edənlər artilleriya və havadan bombardmanlardan istifadə edirlər və binalar onlara şəhər müdafiəçilərinin atəşindən müdafiə olunmağa kömək edir.

Martın əvvəlində şəhərə hücum edən əsas qüvvə olaraq bilinən “Vaqner qrupu”nun rəhbəri Yevgeni Priqojin Baxmutda irəliləyişlə bağlı problemlərdən danışıb. Həmin müsahibəsində sursat çatışmamazlığından şikayət edən Priqojin bildirmişdi ki, “Vaqner qrupu” indi Baxmutdan geri çəkilsə, bütün cəbhə dağılacaq. Cəbhə xətti Rusiya sərhədlərinə qədər, bəlkə də daha da uzaqlara doğru gedib çıxacaq”.

Qeyd edək ki, Baxmut uğrunda döyüşlər 2022-ci ilin avqustunda başlayıb və 7 aydan çoxdur davam edir. Müharibədən əvvəl 70 mindən bir qədər çox əhalisi olan şəhər Rusiya qüvvələrinin ağır təzyiqlərinə baxmayaraq, özünü müdafiə etməyə davam edir. Eyni zamanda, hərbi analitiklərin fikrincə, son vaxtlar Rusiya qüvvələri tədricən irəliləyir. Rusiyadan hücum üçün əsas qüvvə “Vaqner qrupu” olaraq qalır. Amerikanın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya qüvvələri hazırda şəhərin 65%-ni ələ keçirib.

Baxmut uğrunda gedən döyüşlərdə hər iki tərəf xeyli itki verib. The Guardian jurnalisti Dan Sabbaq martın 7-də Qərb rəsmiləri arasında olan mənbələrə istinadən yazıb ki, Rusiya hərbçiləri arasında bu istiqamətdə itkilər 20-30 min adamın yaralanması və öldürülməsi ola bilər. The Times-a görə isə Ukrayna əsgərləri bu döyüşlərdə gündə təxminən 100-200 adam itirir.

Eyni zamanda, hərbi analitiklərin və Pentaqonun fikrincə, Baxmut şübhəli strateji əhəmiyyətə malikdir və siyasi baxımdan daha vacibdir. Zalujnı bildirib ki, şəhərin müdafiəsi bütün cəbhə xəttinin müdafiəsinin sabitliyi üçün əsas əməliyyat olub. Öz növbəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Baxmutun ələ keçirilməsi Rusiya ordusuna Ukraynanın dərinliklərinə doğru irəliləməyə imkan verəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar