Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baxımlı baha başa gələn 4 tür it cinsi…

Ev heyvanının saxlanması əlavə xərclər tələb edir: qidalanma, qulluq, peyvəndlər və baytara planlaşdırılan səfərlər…

Bununla birlikdə, bəzi it cinsləri digərlərindən daha çox xərc tələb edə bilir. Bu, əsasən onların ciddi və ya tez-tez xəstəliklərə meylli olması ilə əlaqələndirilir. Xəstəliklər halında sahiblərinə baha başa gələcək dörd it cinsi var.

Poliqon xarici mətbuata əsasən baxımı baha başa gələn 4 tür it cinsini təqdim edir:

Fransız buldoqu

Bu itin populyarlığına baxmayaraq, bir çox sahiblər onun səbəb ola biləcəyi ciddi problemlərdən xəbərsizdirlər. Fransız buldoqu ev heyvanının bədən və üzünün quruluşu ilə əlaqəli xroniki xəstəliklərin uzun bir siyahısı olan - brakisefalik cinsdir. Heyvan tez-tez tənəffüs, göz, qulaq, ürək-damar sistemi, onurğa və oynaqlarda problem yaşayır. Bu cins itlər çox ağrılı hesab olunur, buna görə də fransız bulldogunu müalicə etmək üçün baytar ziyarətinin nəticəsi gözlənilməz bir sürprizlə sonlana bilər. Bundan əlavə, xəstəlik riskini azaltmaq üçün böyük xərclər tələb olunacaq.

Yorkşir Teryeri

Bu gözəl kiçik cins çoxlarının sevimlisidir. Bu kiçik məxluqun hansı çətinlikləri ola bilər? Dr. Brian Evans,ın sözlərinə görə Yorkşire Teriyerlərinə qulluq etmək nisbətən asandır, lakin tez-tez, geniş və bahalı müdaxilə tələb edən ümumi bir problemi var: problemli dişlər. Bu itin dişlərinin düzgün müalicəsi üçün illik və bəzən ildə iki dəfə ümumi anesteziya tələb oluna bilər. Müalicə edilmədikdə və bu problem həll olunmadıqda Yorkşir Teriyerləri ümumi bədən üçün ciddi nəticələrə səbəb olan ağız xəstəliklərinin inkişaf ehtimalını artırır.

Golden Retriever

Ailə dostu hesab edilən, lakin bahalı müalicə tələb edən bilən başqa bir məşhur və çox mehriban it cinsi isə “Qızılı Retriver” cinsidir. Bu itlər tez-tez dəri, göz, qulaq, oynaq problemləri ilə qarşılaşırlar. Amma ən çox narahat edən, bu cins itlərin tez-tez ölümünə səbəb olan xərçəng ehtimalıdır.

Golden Retriever müalicəsi sahibinin pulkisəsinə ciddi ziyan vura bilər. Çünki bu itin baxımı bahalı kemoterapi və ya radiasiya müalicəsi, müxtəlif diaqnostik prosedurlar və davamlı baytar nəzarəti tələb edir.

Cavaler Kinq Çarles Spaniel

Sakit və şirin bir it cinsi olan Cavaler Kinq Çarles Spaniel ən problemli itlərdən biri hesab olunur. Cavaler Kinq Çarles Spaniel ürək, oynaq, göz və bədənin digər hissələri və orqanları ilə bağlı problemlər yaşaya bilər. Həkimlərin dediyinə görə, bir xəstəliklərin müalicəsi sahibinin büdcəsinə böyük ziyan vura bilər. Bu itin sahibləri ömrünün sonuna qədər onun üçün dərman almağa məcburdur.

Dünyada bahalı itlər çoxdur. Lakin məsələ təkcə onları almaqla bitmir. Baxım, xəstəliklərin müalicəsi və üksək keyfiyyətli yemlərin xərcləri çoxlu xərc tələb edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar