Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının bu təklifi qəbul edilsə, Laçın postunda gözləyən TIR-lar hərəkət edəcək

Ermənistan hökumətinin dünən Qarabağa çatdırılması qərarını qəbul etdiyi 400 ton “humanitar yardım” yüklənmiş TIR-lar Laçın nəzarət buraxılış postunun qarşı tərəfində gözləyir.

Dövlət Sərhəd Xidməti (DSX) bu təxribatın hazırlandığına dair məlumat yaymışdı.

Dünəndən etibarən Azərbaycan silahlı qüvvələri ehtimal təxribatın qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib.

Ermənistanda fəaliyyət göstərən Aİ-in “mülki” missiyasının da ərazidə olması diqqət çəkir.

Siyasi şou

Aydın məsələdir ki, Ermənistan tərəfindən nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirilməsi siyasi şou və növbəti təxribata cəhdidir.

Ümumiyyətlə son həftələrdə erməni lobbisi və diasporunun, habelə separatçıların “aktivləşməsi” diqqət çəkir. Lakin Ermənistandakılar kimi onlar da yaxşı bilir ki, “humanitar yardım” yüklənmiş TIR-lar Laçın postundan keçə bilməyəcəklər.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər.

Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır.

Qarşı tərəfin bunu qəbul etməməsi və yük maşınlarını Laçın postuna göndərmələri “Azərbaycan humanitar yardımların keçidinə imkan vermir” rəyini yaratmağa hesablanıb.

Beynəlxalq təzyiq riski

İrəvanın Laçın postunun qarşısında sərgilədiyi “humanitar yardım” şousu nəticə verməyəcək. Bunun iki əsas səbəbi var.

Birincisi, Azərbaycan Qarabağ ermənilərini blokadada saxlamır. Onların bütün ərzaq və digər problemlərini özü həll edə bilər. Bu, daha öncədən ən yüksək səviyyədə təklif edilib. Qəbul etməyən qarşı tərəfdir.

İkincisi, Azərbaycan 400 ton “humanitar yardım” yüklənmiş TIR-ların ölkəyə girişinə də problem yaratmır. Bunun sadəcə Laçın postundan olmasını istəmir. Əgər rəsmi Bakı heç bir alternativ imkan yaratmasaydı, beynəlxalq təzyiq riski o zaman ola bilərdi.

Hesab edirəm, bu iki amil Ermənistanın “humanitar yardım” şousunun nəticəsiz yekunlaşacağını deməyə əsas verir.

Bakının cavabı

Rəsmi Bakı birmənalı şəkildə bildirir ki, “humanitar yardım” yüklənmiş TIR-ların Laçın postundan keçməsi mümkün deyil. Alternativ yol kimi Ağdam-Xankəndi marşrutu təklif edilir.
Bundan başqa, Azərbaycan ehtimal təzyiqlər fonunda özü ləvazimatlar yükləndiyi TIR-ları Ağdam yoluna toplayaraq cavab verə bilər.

Yəni rəsmi Bakı geri addım atmayacaq. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi: Oyun bitdi!

Müəllif: Politoloq Turan Rzayev

Poliqon.info 


Etiket: Laçın postu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda baş verən güclü yanğın uçuşlara necə təsir edib?

Ən çox oxunanalar