Bakı-Naxçıvan reysi ilə Muxtar Respublikaya gələn şəxsdə narkotik aşkarlanıb...
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Muxtar Respublikaya gələn M. Vəliyevi saxlayıblar.
M. Vəliyevin üzərindən narkotik vasitə olan heroin aşkar olunlaraq götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Poliqon.info